Evliliyin kritik mərhələləri hansılardır? - Ayrılıq ehtimalı yüksək olan dövrlər
Maraqlı
252
08:20, Bu gün

Evliliyin kritik mərhələləri hansılardır? - Ayrılıq ehtimalı yüksək olan dövrlər

Cəmiyyətdə nikahın birinci, üçüncü və xüsusilə məşhur olan "yeddi illik böhran" mərhələləri haqqında müxtəlif fikirlər mövcuddur.
 
Moderator.az xəbər verir ki, bu barədə neyropsixoloq Svetlana Pulya gazeta.ru-ya açıqlamasında danışıb.
 
Neyropsixoloqun sözlərinə görə, hər kəs üçün keçərli olan universal "ən ağır il" anlayışı olmasa da, müəyyən dövrlərdə ayrılıq ehtimalı daha yüksək olur.
 
Birgə həyatın başlanğıcı xüsusi sınaq dövrü hesab olunur. Dopamin, oksitosin və serotonin kimi hormonlar tərəf müqabilini qüsursuz göstərsə də, ilin sonuna yaxın reallıq üzə çıxır və xəyal qırıqlığı yarana bilər. Boşanma riski adətən ilk illərdə pik həddə çatır. Lakin bu, tərəf müqabilinin pis insan olması demək deyil.
 
Digər gərgin mərhələ isə ailədə ilk övladın dünyaya gəlməsidir. Yuxu rejiminin pozulması, stresin artması və oksitosin hormonunun daha çox körpəyə yönəlməsi həyat yoldaşları arasındakı məmnunluq hissini azalda bilər.
 
Məşhur "yeddi illik böhran" anlayışı isə uşaqların hələ kiçik olduğu və məişət qayğılarının artdığı dövrə təsadüf edir. Bu çətinliklər adətən müvəqqəti olur və bir çox cütlük bu mərhələni keçdikdən sonra bir-birinə daha da bağlanır.
 
Mütəxəssis yekun olaraq qeyd edib ki, nikahda ən çətin dövr tərəflərin problemləri birlikdə həll edib-etməyəcəkləri barədə qərar verdikləri zamandır.
 
Link kopyalandı!
Son xəbərlər