Əzbərləməkdən daha yaxşı metod: Alimlər yeni araşdırmanın nəticələrini açıqladılar
Maraqlı
172
07:55, Bu gün

Əzbərləməkdən daha yaxşı metod: Alimlər yeni araşdırmanın nəticələrini açıqladılar

Amerikalı alimlər əzbərləməkdən daha effektiv öyrənmə metodunu aşkar ediblər: əsas amil təkrarların sayı deyil, onların arasındakı gözləmə intervallarıdır.
 
Moderator.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Neuroscience" jurnalında dərc edilib.
 
Bir əsrdən artıq müddət ərzində hesab olunurdu ki, öyrənmə yığılma prinsipi ilə işləyir: siqnal nə qədər tez-tez üst-üstə düşsə, əlaqə bir o qədər möhkəm formalaşır.
 
Lakin aparılan eksperimentlər göstərib ki, beyin təcrübəni fərqli qiymətləndirir - hadisələr arasındakı vaxtı nəzərə alır.
 
Müəlliflər hesab edirlər ki, nəticələr əzbərləmə ilə müqayisədə paylanmış öyrənmə üsulunun effektivliyini təsdiqləyir.
 
Qeyd olunur ki, həddən artıq tez-tez təkrarlar effekti azalda bilər. Ağlabatan intervallar isə yaddaşın və vərdişlərin formalaşmasına təsirini gücləndirir. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər