Günəşin uzaq tərəfini müşahidə etmək niyə mümkün deyil?
Maraqlı
117
08:10, Bu gün

Günəşin uzaq tərəfini müşahidə etmək niyə mümkün deyil?

"Günəşin uzaq tərəfini hələlik daimi olaraq müşahidə etmək mümkün deyil, buna texniki məhdudiyyətlər və kosmik aparatların orbitlərinin xüsusiyyətləri mane olur.
 
Moderator.az bildirir ki, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçyov məlumat verib.
 
Onun sözlərinə görə, peyki Günəşin Yerdən daha uzaq daimi mövqedə saxlamaq son dərəcə çətindir. Ulduzun arxa tərəfində stasionar orbitlər faktiki olaraq mümkün deyil. Günəş-Yer sisteminin librasiya nöqtələrindən biri olan L3 Yer orbitinin qarşı tərəfində yerləşir, lakin bu nöqtədə əlavə retranslyator olmadan aparatla rabitə saxlamaq mümkün deyil.
 
Alimin sözlərinə görə, Günəşin arxa tərəfini yalnız epizodik şəkildə - ulduz ətrafında fırlanan və vaxtaşırı Yer üçün birbaşa görünmə zonasından kənara çıxan aparatların köməyi ilə müşahidə etmək olur.
 
Əvvəllər belə müşahidələri üç aparat - "Solar Orbiter", STEREO-A və STEREO-B təmin edirdi, lakin sonuncu sıradan çıxıb. Hazırda qalan iki aparat fəaliyyətini davam etdirir, amma indi onların hər ikisi Yerə tərəf yönəlmiş hissədə yerləşir. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər