40 yaşdan sonra qarnı görünməz edən YAPON SİRRİ
Maraqlı
216
08:20, Bu gün

40 yaşdan sonra qarnı görünməz edən YAPON SİRRİ

Yaponiyalı mütəxəssislər 40 yaşdan sonra qarın piyindən xilas olmağın sadə və effektiv yolunu açıqlayıblar.

Bir çox insan 40 yaşdan sonra qarın nahiyəsində şişkinlik problemi ilə üzləşir. Maraqlıdır ki, bədən çəkisi normal olduğu halda belə, qarın əvvəlki illərlə müqayisədə daha çıxıq görünməyə başlayır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi yalnız artıq kalori qəbulu deyil, dərin qarın əzələlərinin zəifləməsidir.

Yaponiyanın "Yoga Journal" nəşri qarın nahiyəsində piylənmənin əsas səbəbi kimi transvers (eninə) qarın əzələsinin tonusunun azalmasını göstərir. Bu əzələ bədənin təbii "korseti" rolunu oynayaraq daxili orqanları düzgün mövqedə saxlayır. Yaş artdıqca, xüsusilə 40 yaşdan sonra bu əzələnin tonusu zəifləyir və mütəmadi məşq edilmədikdə qarın vizual olaraq çıxmağa başlayır.

Ekspertlər vurğulayırlar ki, bu problemi yalnız pəhriz və piy yandırmaqla tam həll etmək mümkün deyil. Dərin qarın əzələləri gücləndirildikdə daxili orqanlar öz təbii mövqeyinə qayıdır və qarın nahiyəsi nəzərəçarpacaq dərəcədə yığılır.

Effektiv məşq: Qayıq pozası (Navasana)

Yaponiyalı mütəxəssislər bu məqsədlə yoqanın ən təsirli hərəkətlərindən biri olan qayıq pozasını (Navasana) tövsiyə edirlər. Bu məşq dərin qarın əzələlərini aktivləşdirir və bədənin təbii "korset" mexanizmini gücləndirir.

Məşqin icrası qaydası:

Yerə oturun, dizlərinizi bükün və ayaqları yerə qoyun.

Əllərinizi dizlərin arxasına yerləşdirin, kürəyiniz düz, sinəniz açıq olsun.

Bədəninizi yavaş-yavaş arxaya əyin və ayaqları yerdən qaldırın. Başlanğıc mərhələdə budları yerə paralel saxlayın.

Daha rahat olduqda ayaqları düzləşdirin, əlləri diz səviyyəsində irəli uzadın.

Pozanı 5-10 dərin nəfəs müddətində saxlayın.

Ayaqları yumşaq şəkildə yerə endirin.

Maksimal effekt üçün məsləhətlər

Kürəyi əyməyin, sinəni açıq saxlayın.

Ayaqları düzləşdirmək çətindirsə, bükülü vəziyyətdə saxlayın.

Nəfəsi tutmayın; nəfəs verərkən qarnı yüngül şəkildə içəri çəkin - bu, dərin əzələləri daha aktiv edir.

Mütəxəssislərin sözlərinə görə, bu hərəkəti gündə cəmi 2-3 dəqiqə etmək kifayətdir. Zamanla bel incəlir, duruş düzəlir və bədən üzərində nəzarət bərpa olunur.

Beləliklə, 40 yaşdan sonra qarnı vizual olaraq nazikləşdirmək üçün təkcə pəhriz və kardio məşqləri deyil, dərin qarın əzələlərini gücləndirən sadə və düzgün hərəkətlər də böyük rol oynayır. /Oxu.az/

Link kopyalandı!
Son xəbərlər