Türkiyənin bu şəhərində oğurluq və cibgirlik yoxdur
Maraqlı
521
20 Jan 2026 | 23:17

Türkiyənin bu şəhərində oğurluq və cibgirlik yoxdur

Türkiyənin Amasya şəhərində son iki ildə oğurluq və cibgirlik hadisəsi baş verməyib.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Amasya valisi Önder Bakan məlumat verib.

Vali son bir ildə asayiş hadisələrində azalma müşahidə olunduğunu, 2024 və 2025-ci illərdə isə bir dənə olsun belə, oğurluq və cibgirlik hadisəsinin baş vermədiyini qeyd edib. 

Vali Bakan bunu polis tərəfindən həyata keçirilən tədbirlər sayəsində bacardıqlarını deyib və asayiş keşikçilərinə təşəkkür edib.

“Baş verməyən bir şey bizi sevindirdi və diqqətimizi çəkdi. Bu şəhərdə 2024 və 2025-ci illərdə oğurluq və cibgirlik heç baş verməyib. Bu, sizin işinizin və sahədə olduğunuzun təsdiqidir. Siz sahədə olduqca, pisliklər sahədən qaçmaq məcburiyyətində qalacaq. Bizə verilən etimad üçün məsuliyyət daşıyırıq” - deyə vali vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər