Ukraynalı pilotdan maraqlı addım - Qadına bu cür yardım etdi
Maraqlı
381
12:53, Bu gün

Ukraynalı pilotdan maraqlı addım - Qadına bu cür yardım etdi

Ukraynanın şərqində, Donetsk vilayətində döyüş tapşırığı yerinə yetirən dron pilotu növbəti uçuş zamanı maraqlı bir mənzərə ilə qarşılaşıb.

Belə ki, Donetsk vilayətinin Kostiantynivka şəhəri üzərində xidmət aparan ukraynalı pilot, müharibənin ortasında mülki şəxsin yardım çağırışını havadan görüb. Mesajın "Phoenix" sərhəd mühafizə dron bölməsində xidmət edən 19 yaşlı Maksim “Maliuk” tərəfindən aşkar edildiyi bildirilib.

Bölmənin yaydığı məlumata görə, qar üzərindəki yazı Kostiantynivkada yaşayan yaşlı bir qadın tərəfindən "Xahiş edirəm çörək" sözlərinin yazıldığını görüb.

Pilot qadının sözləri yavaş-yavaş qara həkk etməsini yuxarıdan izləyib və dərhal hərəkətə keçib. Dron vasitəsilə yaşlı qadına ərzaq çatdırılıb.

Pilot yaşananları belə şərh edib:“Belə mesajlar gördükdə həmişə cavab verirəm. Onlar bizim xalqımızdır və onlara yardım etmək bizim borcumuzdur. Biz onlar üçün buradayıq”.

Yardım çatdırıldıqdan sonra qar üzərində bu dəfə “Təşəkkürlər” sözünün yazıldığı da müşahidə olunub.

Qeyd edək ki, aktiv cəbhə xəttinə yaxın yerləşən Kostiantynivka Rusiya hücumları nəticəsində ciddi dağıntılara məruz qalıb. Şəhərdə infrastrukturun böyük hissəsi sıradan çıxıb, əsas xidmətlər dayandırılıb. 

 

(Azpolitika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər