Çox adamın bilmədiyi, internet sürətini artıran GİZLİ ÜSULLAR
Maraqlı
255
09:57, Bu gün

Çox adamın bilmədiyi, internet sürətini artıran GİZLİ ÜSULLAR

İnternet sürətindən narazısınızsa, bir neçə sadə üsulla modeminizin performansını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Moderator.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu üsulların çoxu ev şəraitində tətbiq oluna bilər.

Modemi gecə "dincəlt"

Modem 24/7 işlədikcə zəifləyir. Gecə yatmazdan əvvəl söndürmək və səhər yenidən yandırmaq siqnalın daha stabil olmasına kömək edir.

Anteni çarpaz qoy

Əksər istifadəçilər antenləri şaquli qoyur. Mütəxəssislər isə bir anteni şaquli, digərini üfüqi vəziyyətə gətirməyi tövsiyə edir. Bu, siqnalın evə daha bərabər yayılmasını təmin edir.

Modemi düzgün yerə qoy

Modemi küncə və ya dolabın içinə qoymaq əvəzinə, evin mərkəzində və yüksək bir səthə yerləşdirin. Divar və metal əşyalar siqnalı zəiflədə bilər.

5 GHz şəbəkəni seçin

Əgər modem 5 GHz dəstəkləyirsə, onu aktiv edin. Bu tezlik divarlardan zəif keçsə də, yaxın məsafədə sürət qat-qat yüksək olur.

Bu üsullar sadə olsa da, gündəlik istifadə zamanı internetin sürət və stabilliyinə gözlə görünən təsir göstərir. /milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər