Yanvarın 18-də Oğlaq bürcündə yeni ay başlayacaq. Merkuri və Mars bu yeni ayı müşayiət edəcək. Təsiri 1 həftə əvvəl hiss olunmağa başlayan yeni ay 1 həftə daha davam edəcək.
Moderator.az xəbər verir ki, tanınmış astroloq Dinçer Güner bildirib ki, bu dövr astroloji təqvimdə ilin ən strateji və məsuliyyət tələb edən mərhələlərindən biri kimi qiymətləndirilir.
“Oğlaq bürcünün soyuqqanlı, intizamlı və məqsədyönlü təbiəti onsuz da ağır enerji daşıyır. Merkuri və Marsın yeni ayla birlikdə hərəkət etməsi planlı və qətiyyətli addımlar atmaq vaxtının çatdığını göstərir.
Bu dövr köhnə vərdişləri geridə qoyub yeni hədəflər müəyyənləşdirmək üçün mükəmməl zamandır. Yeni ay bir dövrün tamamlanması ilə yeni başlanğıc enerjisini bir araya gətirir. Bu mərhələdə duyğulardan çox məntiq, mərhəmətdən çox qaydalar, xəyallardan çox reallıqlar ön planda olacaq.
Astroloji olaraq Merkuri düşüncə və ünsiyyəti, Mars isə hərəkəti, mübarizəni və iradəni simvolizə edir. Bu iki planetin Oğlaq bürcündə yeni ayla birləşməsi inanılmaz dərəcədə zehni güc və fəaliyyət potensialı yaradır. Düşüncələriniz dərhal əmələ çevrilmək istəyəcək. Uzun müddətdir planladığın, amma başlaya bilmədiyin nə varsa, yeni ayda reallaşdıra bilərsən.
Yeni ay karyera mövzusunda tam mənası ilə bir dönüş nöqtəsidir. Əgər iş yerini dəyişmək, öz biznesini qurmaq, səlahiyyətli şəxslərlə mühüm görüş keçirmək istəyirsənsə, son dərəcə əlverişli bir dövrdəsən.
Sənə fayda verməyən, vaxtını alan işlərdən uzaqlaşmaq üçün ideal zamandır.
Sağlamlığa gəlincə, bu dövrdə sinir sıxılması, bel və boyun yırtığı, dəri və dişlərinlə bağlı problem yaşaya bilərsən”, - astroloq qeyd edib.