Cənab Bin haqqında inanılmaz faktlar:ailəsini təyyarə qəzasından xilas etməkdən tutmuş… 
Maraqlı
1718
17:44, Bu gün

Cənab Bin haqqında inanılmaz faktlar:ailəsini təyyarə qəzasından xilas etməkdən tutmuş… 

Rouen Atkinson yanvarın 6-da 71 yaşını qeyd edib və həyatında bir sıra qeyri-adi və yaddaqalan anlar yaşayıb.

Darem qraflığının Konsett şəhərində böyüyən Atkinson gənc yaşlarından qlobal komediya ikonası və əsl Britaniya xəzinəsinə çevrilib.

O, dünyaya unudulmaz personajlar bəxş edib: Cənab Bin, Conni İnqliş, Blekadder və həmçinin "Əslində sevgi", "Zamanında ölü" və "Vonka" kimi məşhur filmlərdə rol alıb.
Lakin onun komediya şöhrəti aktyorun həyatı ilə bağlı daha çox maraqlı və gözlənilməz faktları gizlədir.

бин.jpg (82 KB)

Rouen Toni Bler ilə birlikdə təhsil alıb

Rouen dörd qardaşın ən kiçiyi olub və iki internat məktəbində oxuyub.

Birincisi, Britaniyanın gələcək baş naziri Toni Blerin oxuduğu hazırlıq məktəbi olan Durham Choristers idi. Atkinson məktəbə 11 yaşında, Toni isə 13 yaşında gəlib. O, nümunəvi şagird hesab olunub.

бин2.jpg (141 KB)

Məktəbin keçmiş direktoru Kanon Con Qrouv, iki oğlanın "təbaşir və pendir" kimi - tamamilə fərqli olduğunu söyləyib. "Rouen, indiki kimi, utancaq, bir az kəkələyən və bir az rezin sifətinə malik idi", - o deyib.

"Toni ünsiyyətcil idi. Könüllü lazım olduqda, həmişə əlini qaldırırdı".

Rouen daha sonra sonuncu kursunda Qərbi Kambriyadakı St. Bees Schoola keçib və orada dəqiq elmlərdə fərqlənib.

Komediya və aktyorluq - onun ilkin planları olmayıb

Atasının yolunu davam etdirən Atkinson, Nyukasl Universitetində elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb və sonra Oksfordda aspiranturada oxuyub və orada səhnəyə olan sevgisini kəşf edib.

бин3.jpg (75 KB)

Məhz orada o, daha sonra kiçik bir rol oynadığı və ikonik Blackadder serialının həmmüəllifi olduğu "Dörd toy və bir dəfn" filminin ssenari müəllifi ilə tanış olub.

O, kəkələmə ilə mübarizə aparıb

Rouen ömrünün çox hissəsində kəkələmə ilə mübarizə aparıb.

O, buna görə ictimaiyyətin diqqətindən və müsahibələrdən yayınmağa çalışır, lakin səhnədə nitqi daha səlis olur.

"Gəlir və gedir. Bu, əsəblərimdən asılıdır, amma problem yarada bilər", - o, "Time" jurnalına bildirib.

"Fərqli bir obrazı canlandıranda kəkələmə yox olur. Bəlkə də bu, məni karyeramı seçməyə ilhamlandırıb".

Rouen ailəsini təyyarə qəzasında xilas edib

2001-ci ildə Atkinson şəxsi təyyarəsinin pilotu uçuş zamanı huşunu itirəndə o vaxtkı həyat yoldaşının və iki uşağının həyatını xilas edib.

бин4.jpg (105 KB)

Ailə Keniyada tətildə olub və Ukundudan Nayrobiyə Cessna 202 təyyarəsi ilə uçub.
Uçuşun 45-ci dəqiqəsində pilot huşunu itirib və əvvəllər heç vaxt uçmayan Rouen idarəetməni ələ keçirməyə məcbur olub. Xoşbəxtlikdən, pilot eniş tələb olunmazdan əvvəl özünə gəlib və idarəetməni bərpa edə bilib.

Kral ailəsi ilə əlaqələri

Atkinson Britaniya kral ailəsi, xüsusən də kral Çarlz ilə yaxın dostdur.
O, Çarlz və kraliça Kamillanın toy mərasimi, Highgrove Gardensdə keçirilən kralın 60 illik yubileyi qeyd etmələri, eləcə də Çarlzın tacqoyma mərasimi və şahzadə Harri ilə Meqan Marklın toy mərasimi də daxil olmaqla bir neçə özəl kral tədbirlərində iştirak edib.

2013-cü ildə Rouen Britaniya imperiyası ordeninin komandoru (CBE) adına layiq görülüb.

Rouen 62 yaşında ata olub

2017-ci ildə aktyor üçüncü dəfə ata olub, onun partnyoru aktrisa Luiza Ford İsla adlı qız övladı dünyaya gətirib.

Rouenin artıq iki yetkin övladı var: BBC-nin makiyaj ustası Sunetra Sastri ilə 24 illik evliliyindən 32 yaşlı oğlu Ben və 30 yaşlı qızı Lili.

Onun Sunetradan boşanması 2015-ci ildə başa çatıb və Luiza ilə münasibətləri 2013-cü ildə “Quartermaine Terms" teatr tamaşasında başlayıb.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər