Bizi sosial şəbəkələrdən izləyin:
"Sürücülər avtomobillərində özlərini təhlükəsiz hiss etdikləri üçün sükan arxasında aqressivləşirlər".
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı psixoloq Olqa Tvardovskaya Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, aqressiya insanın yaşamalı olduğu normal bir hissdir: "Avtomobil bu aqressiyadan "istifadə olunacaq" yerlərdən birinə çevrilir. Belə anlarda sürücü özünü öz kiçik evində hiss edir. Sükan arxasında olanlar heç kimin heç nəyi görmədiyini və istədiklərini edə biləcəklərini düşünürlər", - deyə psixoloq bildirib.
Həkim izah edib ki, aqressiyanın digər mümkün səbəbi isə səfərdən əvvəl baş verən münaqişədir. /Oxu.az/