Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçdi
Maraqlı
1905
16:55, Bu gün

Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçdi

Ulduzlararası kometa "3I/ATLAS" Yerə ən yaxın məsafədən keçib. Kosmik obyektdən Yerə olan məsafə təxminən 269 milyon kilometr olub.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Alimlərin fikrincə, səma cismi üçün növbəti vacib nöqtə martın 16-da təxminən 53 milyon kilometr məsafədən keçəcəyi Yupiter olacaq.

Məlumata görə, "3I/ATLAS" astronomlar tərəfindən kosmik müşahidələr tarixində kəşf edilən üçüncü ulduzlararası obyekt olub. Elm adamları 2017-ci ildə "Oumuamua" asteroidini, 2019-cu ildə isə "2I/Borisov" kometasını kəşf ediblər.

Əksər alimlər "3I/ATLAS"ın ulduzlararası kometa olduğuna inanırlar. Lakin Harvard universitetinin astrofiziki Avi Leb süni mənşəli əlamətlər göstərdiyini iddia edərək, "3I/ATLAS" kometasını nəhəng "yadplanetli gəmi" adlandırıb.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər