01:35
4°C
Bakı
“Google” istifadəçiləri sosial mediada diqqətçəkən bir detalla bağlı məlumat paylaşıblar.
Moderator.az xəbər verir ki, istifadəçilər “Google”un axtarış yerinə "67" və ya "6-7" yazıb axtarış apardıqda ekranın dalğalı şəkildə titrədiyini fərq ediblər.
Bu hərəkət tez bir zamanda sosial media platformalarında trend mövzusuna çevrilib və bir çox istifadəçi bunun səbəbini araşdırmağa başlayıb.
İnternetdə bununla bağlı bir çox fərziyələr irəli sürülsə də heç kim dəqiq nə üçün belə olduğunu bilmir.
Siz də axtarış yerinə 67 yazıb nə baş verdiyini yoxlaya bilərsiz.