Zeytun yağına niyə duz əlavə olunur? - aromanı tamamilə dəyişdirən sirr
Maraqlı
246
00:33, Bu gün

Zeytun yağına niyə duz əlavə olunur? - aromanı tamamilə dəyişdirən sirr

Təbii və keyfiyyətli zeytun yağında meyvəm­si qoxu hiss olunur. Bir çimdik duz əlavə etmək isə bu aromaları daha aydın və dərin şəkildə ortaya çıxarır. Bu, yağın dadını daha yüngül və içilməsi daha asan hala gətirir.

Moderator.az xəbər verir ki, keyfiyyətli zeytun yağı boğazda yüngül yanma və acılıq hissi yarada bilər. Bu tamamilə təbiidir, lakin bəzi insanlar üçün kəskin gələ bilər. Yağın üzərinə bir az duz səpmək, bu sərtliyi azaldır və dad profilini yumşaldır. Buna görə peşəkar dequstatorlar zeytun yağını sınayarkən yanında mütləq duz saxlayır.

Zeytun yağı dadılarkən duz dil üzərindəki dad reseptorlarını oyadır və yağın içindəki balanssızlıqları daha yaxşı hiss etməyə imkan verir. Bu üsul sayəsində hansı zeytun yağının süfrədə daha yaxşı nəticə verəcəyi daha dəqiq müəyyən edilir.

Xalq arasında geniş yayılan başqa bir inanc isə duzun dibə çökməsinin yağın təmiz və qatqısız olduğunu göstərməsidir. Elmi olaraq sübut edilməsə də, illərdir tətbiq olunan bir üsuldur.

Duzun digər möcüzəsi isə aroma daşıyıcı təsiridir. Salat hazırlayarkən əvvəl tuz, sonra zeytun yağı əlavə edənlər yağın yemək üzərində daha bərabər yayıldığını və dadı daha yaxşı daşıdığını bildirir. Kiçik dəyişikliklərlə böyük dad fərqləri yaratmağı sevənlər üçün bu üsul əsl xilasedicidir.

İstər çörəyi zeytun yağına batırarkən, istər salat hazırlayarkən, istərsə də pomidorun üzərinə yağ gəzdirərkən - zeytun yağının içinə bir çimdik duz əlavə etməyi sınaya bilərsiniz. Bu kiçik toxunuş həm süfrəyə, həm də damaq dadına açıq şəkildə fərq qatır.

 

(Milli.az)

Link kopyalandı!
Son xəbərlər