Xərçəng xəstəliyinə tutulmayan xalqın inanılmaz sirri - FOTO
Maraqlı
1720
10 Dec 2025 | 18:01

Xərçəng xəstəliyinə tutulmayan xalqın inanılmaz sirri - FOTO

Hunza türkləri, Hunza vadisində yaşayan dünyanın ən maraqlı icmalarından biridir. Uzunömürlülüyü, xəstəliklərin azlığı və 100 yaşında vəfat edənə belə “gənc öldü” deyilən bu toplum haqqında bilinənlər…

Pakistanda yaşayan Hunza xalqı təbii qidalanma, təmiz hava, rəqs və idmana verdikləri önəmlə uzun ömür sürmələri barədə yayılan rəvayətləri doğruldur.
Pakistanın ən şimalında yerləşən Gilgit-Baltistan bölgəsinə bağlı, 200 kilometrlik Hunza vadisində yaşayan Buruşo və Vaxi xalqları 2 min metrdən yüksək dağlıq ərazilərdə, qış mövsümündə ölkənin digər ərazilərdən aylarla təcrid olunmuş vəziyyətdə yaşayırlar.

Dünyanın tibb baxımından ən sağlam toplumudur. Dünyada xərçəng xəstəliyinin olmadığı yeganə toplumdur və orta ömür müddətləri 120–150 yaş arasındadır və tamamilə təbii qidalanırlar. Əsasən tərəvəz və meyvələrlə qidalanan bölgə əhalisi dağ şəraitinə davamlı keçi və qoyunla yanaşı, bölgənin məşhur iri buynuzlu heyvanı olan yak ətindən də istifadə edir. Bu heyvanlardan əldə edilən təbii məhsullarla yanaşı, bölgənin ən məşhur qidası ərik və ərik yağıdır. Hunzada bütün yeməklərdə kərə yağı və ərik yağı istifadə edilir, ərik isə yeməklərin ayrılmaz hissəsi sayılır.

Dünyanın ən yüksək 50 zirvəsindən 17-sinə ev sahibliyi edən bu bölgədə yaşayan xalq qışda ölkənin siyasi gündəmindən və dünya xəbərlərindən uzaqda olduğundan təbii qidalanma ilə uzun ömür sürmələri barədə rəvayətlərə səbəb olur.

Yazar Sujeş Gopalaqrişnanın “Hunza xalqları və 145 yaşına qədər uzanan qeyri-adi ömürləri” adlı məqaləsində Hunzalıların uzun yaşamasının səbəbi kimi kasıblıqdan irəli gələn meyvə şirəsi ilə qidalanmaları, tərəvəz və meyvələri qurudaraq və ya çiy yemələri, həftədə bir dəfə oruc tutmaları və bölgənin coğrafiyası səbəbilə günboyu aktiv olmaları göstərilir.

İngilis yazarı Ceyms Hiltonun 1930-cu illərdə yazdığı "Yitik Ufuklar" (Lost Horizon) kitabında təsvir edilən, xəstəlik tanımayan və çox uzun yaşayan insanların məskəni olan Şanqri-La üçün Hunza vadisindən ilham alındığı iddia edilir.

Hunza kişiləri yaşlı olsalar belə, hələ də kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur, boş vaxtlarında isə buzla örtülmüş göllərdə buz xokkeyi oynayırlar. Komandalarda qız və oğlanlar birlikdə iştirak edir.

Oxuyub-yazma səviyyəsi 77% olan bölgə Pakistanda qızların ən çox təhsil aldığı yerlərdən biridir.

Buruşo və Vaxi xalqları pakistanlıların çoxunda olduğu kimi tünd deyil, açıq dərili, bəzən sarışın və ya çəkik gözlü olur. Bu xalqların mənşəyi barədə bir çox nəzəriyyə mövcuddur. Dillərinin Hind-Avropa dil ailəsinə aid olması səbəbilə onların daha çox qərb köklərinə bağlı olacağı düşünülür.

Buruşo əfsanələrinə görə Hunza, Böyük İsgəndərin Hindistan səfərindən sonra bölgədə qalan bir komandan tərəfindən qurulub və Hunzalıların soyu o komandanla əlaqələndirilir. İpək Yolunun keçdiyi bu coğrafiyada Orta Asiya türkləri ilə əlaqədə olan Hunzalıların türklərlə qohum ola biləcəyi də iddia edilir. Buruşoların açıq dərili olması və Orta Asiya türklərinə bənzər geyimlər geyinməsi bu fikri gücləndirir. Vaxilərin isə farslarla qohum olduqları düşünülür. Bu gün Vaxilər Pakistanla yanaşı, Əfqanıstan, Çin, Tacikistan və İranda da yaşayırlar.

Hər iki xalq musiqi və rəqsə bağlılığı ilə məşhurdur və hər il keçirilən festivallarla bunu dünyaya göstərir. Musiqili şənliklərdə Türkiyədə də geniş istifadə olunan zurna çalınır. Bu bölgədə “Suranai” adlanan zurna ilə yanaşı, “Dadang” və “Daamal” kimi vurmalı çalğılar, Orta Asiyaya məxsus rebab və dombra, eləcə də Cənubi Asiya sitarı geniş istifadə olunur. Pakistanın digər bölgələrindən fərqli olaraq, Hunzada qadın musiqiçilərə də tez-tez rast gəlinir və əyləncələr qarışıq şəkildə keçirilir.
İnanc olaraq Alevi sayılırlar, lakin mədəniyyət, adət və ənənələrində Şamanizm çox güclüdür. Zamanla Aleviliklə Şamanizmin sintezindən ibarət bir inanca çevrilmişlər.

Hunza türklərinin gözəlliyi dillərə dastandır. Hunzaların yaşadığı regionda savaş, cinayət, oğurluq kimi asayiş problemləri yoxdur. Hunza türkləri yalnız öz topluluqları daxilində evlənirlər. Heç vaxt kənara gəlin getməzlər və kənardan gəlin qəbul etməzlər. Qohum evliliyi də qadağandır. Hunza türklərində qadın və kişi bərabərdir, hətta qadınların mövqeyi daha üstündür, evdə qadınların sözü keçərlidir. Cəmiyyəti maraqlandıran bir məsələ ilə bağlı qərar veriləcəksə, otaq (məclis) qurulur və demokratik qərar qəbul edilir. Otaq məclisinə hər kəs qatılır, fikrini bildirir və səs verir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər