Niyə yadplanetlilər Yerə gəlmirlər?
Maraqlı
117
15:39, Bu gün

Niyə yadplanetlilər Yerə gəlmirlər?

Bir çoxları hesab edir ki, yadplanetlilər ya məhv olublar, ya da təhlükədən gizlənirlər. Lakin NASA mütəxəssisi bu sükutun daha sadə izahı ola biləcəyini düşünür. NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzindən olan alim Robin Korbet iddia edir ki, yadplanetlilər sadəcə kosmik tədqiqatlara marağını itirirlər.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, Korbetin fikrincə, yüksək texnologiyaya malik sivilizasiyalar belə, müəyyən mərhələdə motivasiya tavanına çata bilər.
 
Ulduzlararası uçuşlar texniki baxımdan mümkün olsa da, kolonizasiya üçün nəhəng resurs və enerji tələb olunur. Əgər cəmiyyət artıq rahat yaşam səviyyəsinə çatıbsa, bütün əsas ehtiyacları ödənibsə, daha geniş ekspansiya sadəcə məntiqsiz görünə bilər.
 
Alim bunu biologiyada müşahidə olunan vərdişləşmə fenomeni ilə müqayisə edir: təkrarlanan stimul zaman keçdikcə təsirini itirir və maraq sönür. Eyni şəkildə, yaxın sistemləri araşdırıb orada sadə həyat formalarından başqa heç nə tapmayan sivilizasiya sonradan araşdırma istəyini itirmək ehtimalı daha yüksəkdir.
 
Yəni kainatın sükutu qorxudan deyil, darıxmaqdan ola bilər
 
Korbetin fikrincə, kainatın sükutu insanların düşündüyü kimi təhlükə qorxusundan və ya gizlənmə cəhdindən yox, bəlkə də bayağı cansıxıcılıqdan qaynaqlanır.
 
Əgər əlaqə baş tutsa belə…
 
Alim hesab edir ki, mümkün əlaqə halında yadplanetlilər çox güman ki, “evdə oturmaq” meyilli sivilizasiyalar olacaq. Onlar öz problemlərini həll etməyə üstünlük verir, “şıltaq və sərt Yer”i araşdırmaqda isə elə də maraqlı olmaya bilərlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər