1, 10, 19 və ya 28-də doğulanlar Nyu-York, ABŞ
Bu tarixlər “əsas qəhrəman” enerjisini daşıyır. Günəşin təsiri altında olan bu insanlar liderlik, müstəqillik və özünü təkmilləşdirmə hissi ilə yaşayırlar. Nyu-Yorkun sürəti, azadlığı və özünüifadə imkanları onların daxili ehtiyacları ilə tam üst-üstə düşür.
2, 11, 20 və ya 29-da doğulanlar Venesiya, İtaliya
Bu tarixlərdə doğulanlar ürəkdən idarə olunan insanlardır. Onlar münasibətləri, emosional bağları və harmoniya yaratmağı ön plana çəkirlər. Ayın enerjisi ilə idarə olunan Venesiya onların dərin intuitiv hisslərini daha da gücləndirir.
3, 12, 21 və ya 30-da doğulanlar Barselona, İspaniya
Bu insanlar canlı, maraqlı və intellektual hərəkətə ehtiyac duyan fərdlərdir. Onlara yeni biliklər, təcrübələr və geniş dünyagörüşü lazımdır. Yupiterin idarə etdiyi Barselona onların enerjisini bilik, rəngarənglik və fəlsəfi axtarışlarla zənginləşdirir.
4, 13, 22 və ya 31-də doğulanlar Tokio, Yaponiya
Tokio nizam-intizamın, məntiqli sistemlərin və gələcəyə yönəlmiş texnologiyanın təcəssümüdür. Uranın təsiri altında olan bu insanlar dəyişikliklərə açıqdır və yenilikləri mənimsəməyə meyillidirlər. Tokionun futuristik ruhu onların daxili ritminə uyğundur.
5, 14 və ya 23-də doğulanlar Rio-de-Janeyro, Braziliya
Bu tarixlər daim hərəkətdə olan, dəyişiklik sevən insanların enerjisini daşıyır. Merkuri tərəfindən idarə olunan bu şəxslər tez qərar verən və dinamik həyat tərzini seçən insanlardır. Rio onların azadlıq, ritm və emosional zənginlik ehtiyacını tam qarşılayır.
6, 15 və ya 24-də doğulanlar Paris, Fransa
Bu insanlar romantik, zərif və harmoniyanı qiymətləndirən xarakterə malikdir. Venusanın təsiri altında olan Paris sevgi, estetika və gözəllik şəhəri onların ruhuna ən yaxın enerjini təqdim edir.
7, 16 və ya 25-də doğulanlar Ubud, Bali
Ubud Balisinin ruhani mərkəzi hesab olunur. Neptun tərəfindən idarə olunan bu tarixlər dərin düşüncəli, qədim energetikaya sahib insanları təmsil edir. Ubudda onlar daxili harmoniya və mənəvi transformasiya hiss edir.
8, 17 və ya 26-da doğulanlar London, Böyük Britaniya
London gücün, sistemliliyin və tarixi ənənələrin şəhəridir. Səturnun təsiri altında olan bu insanlar zəhmətkeşlik, davamlılıq və özünü təsdiq ehtiyacı ilə seçilirlər. Londonun ciddi, dərin və zəngin mədəniyyəti onlarda xüsusi rezonans yaradır.
9, 18 və ya 27-də doğulanlar Afinа, Yunanıstan
Afina demokratiya, müdriklik və qoruyuculuğun simvoludur. Marsın enerjisi ilə idarə olunan bu insanlar humanizmə, biliyə və ədalətə can atırlar. Onların xarakterindəki qətiyyət və müdafiə gücü Afina ilə tam uyğunluq təşkil edir.