Bəşəriyyət supernova partlayışından sonra məhv olacaq? - Astronomdan AÇIQLAMA
Maraqlı
209
08:44, Bu gün

Bəşəriyyət supernova partlayışından sonra məhv olacaq? - Astronomdan AÇIQLAMA

"Bəşəriyyət mümkün supernova partlayışı zamanı belə sağ qala bilər, çünki ən yaxın potensial namizəd təhlükəsiz məsafədə yerləşir".
 
Moderator.az xəbər verir ki, bunu astronom Vladimir Surdin gazeta.ru ilə söhbətində bildirib.
 
"Əgər Betelgeyze ulduzunun partlayışı Günəş sisteminə yaxın baş versəydi, öz dağıdıcı radiasiya təsirinə görə supergüclü Günəş alışması ilə müqayisə oluna bilərdi", - deyə astronom qeyd edib.
 
Tədqiqatçı əlavə edib ki, supernovaların yaranma mexanizmləri onların böyük müxtəlifliyi səbəbindən kifayət qədər öyrənilməyib.
 
Onun sözlərinə görə, belə hadisələr zamanı yaranan qamma-şüalanma öz ulduz sisteminin hüdudlarını tərk edə bilmir və Yer atmosferi canlıları bu cür kosmik təsirlərdən etibarlı şəkildə qoruyur. /oxu.az/
Link kopyalandı!
Son xəbərlər