Menkauranın piramidasındakı anomaliyalar: Gizli aləmə aparan “sirli keçid” tapıldı
Maraqlı
236
10:30, Bu gün

Menkauranın piramidasındakı anomaliyalar: Gizli aləmə aparan “sirli keçid” tapıldı

Beynəlxalq alimlər qrupu Misirin Giza platosunda yerləşən firon Menkauranın piramidasında iki müəmmalı anomaliyanın aşkar edildiyini açıqlayıb.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət piramidanın tikildiyi blokların xarici təbəqəsinin arxasından başlayan boşluqlardan gedir.
 
Menkaura Gizada yerləşən üç əsas piramidadan ən kiçiyidir, e.ə. 2490-2472-ci illərdə IV sülalənin son fironu üçün inşa edilib. Piramida qranit eksteryerinin heç vaxt tamamlanmaması ilə diqqət çəkir, təməldə yalnız yeddi sıra salamat qalıb.
 
Yeni araşdırma qeyri-invaziv texnologiyaların kombinasiyası ilə aparılıb: elektrik rezistentlik tomoqrafiyası, radiolokasiya və ultrasəs testləri. A1 və A2 adlandırılan anomaliyalar piramidanın şərq fasadındakı cilalanmış qranit bloklarının arxasında müəyyən edilib. Birinci boşluq (A1) təxminən 1,5 m×1,0 m ölçüsündədir, 1,35 metr dərinlikdə başlayır. İkinci boşluq (A2) daha kiçikdir - 0,9 m×0,7 ölçüsündədir, 1,13 metr dərinlikdə yerləşir. Bu anomaliyalar alimlər tərəfindən əhəngdaşı bloklarının bərk kütləsindəki hava boşluqları kimi şərh edilib.
 
Tədqiqatçılar ehtimal edirlər ki, bu kəşf piramidada illərdir mövcudluğu barədə fərziyyələr irəli sürülən “gizli giriş”in möhürlənmiş keçidi ola bilər. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, əldə edilən məlumatlar digər cür də izah oluna bilər, çünki istifadə edilən metodun müəyyən məhdudiyyətləri var, xüsusilə də skan edilən dərinlik baxımından.
 
Misirşünaslar ümid edirlər ki, gələcək araşdırmalar əlavə texnologiyaların tətbiqi ilə Menkaura piramidasının tikintisi ilə bağlı sirləri üzə çıxaracaq. Bu, Gizanın əsas piramidaları arasında xarici müdaxilələrə ən az məruz qalanıdır.
 
Tədqiqatın ətraflı nəticələri “NDT&E International” jurnalında dərc olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər