Astroloq Hande Kazanova bu həftənin ən şanslı bürclərini açıqlayıb: Qız, Tərəzi, Xərçəng, Dolça və Balıq bürcləri həm sevgi, həm də maddi sahədə ön plana çıxacacaq.

Həftəyə Ay Xərçəng bürcündə ikən başlamışıq - yəni bu həftə duyğular, ailəvi məsələlər və daxili rahatlıq ön planda olacaq. Ən önəmli astroloji hadisə isə Yupiterin çərşənbə axşamı geri hərəkətə hazırlaşmasıdır. Bu isə bolluğu, sevinc və uğuru simvolizə edir.
Cümə axşamı Merkuri və Mars birləşəcək - bu, münasibətlərdə gərgin dialoqlar və emosional partlayışlar demək ola bilər.
Moderator.az Musavat.com-a istinadla 10-16 noyabr üçün həftəlik bürcləri təqdim edir:
Qoç bürcü
Bu həftə ailə məsələləri gündəmdə olacaq. Yupiterin geri hərəkətə başlaması ailə ilə bağlı bəzi planların gecikməsinə səbəb ola bilər. Əldə etdiyiniz fürsətləri yenidən dəyərləndirmək üçün bu dövr əlverişlidir. Merkuri təhsil, səyahət və ticarət sahəsində geriləyir - bu səbəbdən anlaşmazlıqlar mümkündür. Cümə axşamı aqressiv dialoqlardan uzaq durun.
Buğa bürcü
Yupiterin geri hərəkəti əlaqələr, reklam, satış, təhsil və təşviqat sahələrində yavaşlamalar gətirə bilər. Pul məsələlərində ehtiyatlı olun. Cümə axşamı ani və emosional qərarlar maddi problemlərə yol aça bilər.
Əkizlər bürcü
Pul və qazanc mövzuları ön plandadır. Yupiterin geri hərəkəti maliyyə axınında yavaşlamalar gətirə bilər. Bu, sizə son aylarda qazandığınız fürsətləri necə istifadə etdiyinizi görməyə imkan verəcək. Cümə axşamı dediklərinizə diqqət edin, sözlər qarşı tərəfi incidə bilər.
Xərçəng bürcü
Həftəyə öz istəklərinizə fokuslanaraq başlayırsınız. Yupiter sizin bürcünüzdə geri hərəkətə başlayır – bu da son aylarda qaçırdığınız və ya düzgün dəyərləndirmədiyiniz fürsətləri yenidən düşünmək anlamına gəlir. Merkuri iş və sağlamlıq sahəsində geriləyir. İş yoldaşları ilə anlaşmazlıqlar mümkündür. Cümə axşamı emosional partlayışlardan uzaq durun.
Şir bürcü
Həftəyə bir az enerjisiz başlamısınız. Yupiter mənəvi və daxili dünyanızda geri hərəkətə başlayır. Özünüzü toparlamaq, hadisələri müşahidə etmək üçün bu, doğru zamandır. Sevdiyiniz insanla və ya övladınızla emosional gərginliklər ola bilər. Cümə axşamı səbrli olun, tələsik qərarlar verməyin.
Qız bürcü
Bu həftə sosial çevrəniz çox aktiv olacaq. Yupiter dostluq və gəlir sahənizdə geri hərəkətə başlayır – bu da sizə son dövrlərdə kimə güvənib-güvənmədiyinizi göstərəcək. Alış-satış, əmlak, avtomobil kimi məsələlərdə qərar verməyin. Cümə axşamı ailəiçi gərginliklər mümkündür.
Tərəzi bürcü
Bu həftə diqqət mərkəzindəsiniz. Yupiter karyera sahənizdə yavaşlayır – son aylarda əldə etdiyiniz uğurları necə dəyərləndirdiyinizi düşünməyin vaxtıdır. Cümə axşamı yaxın çevrənizlə mübahisələr mümkündür.
Əqrəb bürcü
Uzaqdan gələn xəbərlər və səyahət planları gündəmdədir. Yupiterin geri hərəkəti təhsil və hüquqi məsələlərdə dayanma dövrü gətirir. Merkuri maliyyə sahənizdə geriləyir – 19 noyabra qədər maddi risklərdən uzaq durun. Cümə axşamı ani qərarlar problemlər yarada bilər.
Oxatan bürcü
Həftəyə maliyyə işlərinizi tənzimləməklə başlayırsınız. Yupiter ortaq gəlirlər sektorunda geriləyir – bu, bank, sığorta, miras və ya kredit mövzularında yavaşlama gətirə bilər. Merkuri sizin bürcünüzdə geriləyir – 19 noyabra qədər yanlış anlaşmalar mümkündür. Cümə axşamı partnyorunuzla mübahisə etməməyə çalışın.
Oğlaq bürcü
Bu həftə sevgi münasibətləri diqqət mərkəzində olacaq, amma Yupiterin geri hərəkəti bu sahədə müvəqqəti durğunluq yarada bilər. Ciddi qərarlar üçün hələ tezdir. Merkuri keçmişdəki məsələləri yenidən gündəmə gətirir. Xüsusilə 2019-cu ilin noyabrında baş verən hadisələrə bənzər vəziyyətlər ortaya çıxa bilər. Daxili gərginliklərə qarşı diqqətli olun.
Dolça bürcü
İş və sağlamlıq məsələləri ön plandadır. Yupiterin geri hərəkəti iş həyatında dəyərləndirmə mərhələsinə keçdiyinizi göstərir. Sağlamlığınıza da diqqət edin. Cümə axşamı sosial mühitdə ani sözləriniz insanları təəccübləndirə bilər. Emosional davranmaq əvəzinə düşünərək danışın.
Balıq bürcü
Həftəyə xoş enerji ilə başlamısınız. Yupiterin geri hərəkəti sevgi və övladla bağlı məsələlərdə durğunluqlar gətirə bilər, amma hadisələri daha aydın görməyə kömək edəcək. Rəhbərliklə və ya iş mühitində yanlış anlaşmalar mümkündür. Cümə axşamı ictimai məsələlərə kəskin reaksiya verməməyə çalışın.