Ən faydalı üç ədviyyat müəyyən edilib
Maraqlı
588
08:03, Bu gün

Ən faydalı üç ədviyyat müəyyən edilib

ABŞ-nin Aydaho Dövlət Universitetinin alimləri belə nəticəyə gəliblər ki, qidada hətta az miqdarda qara bibər, darçın və mixəyin olması hüceyrələri zədələnmədən qoruya bilər.
 
Tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc edilib.
 
Qeyd olunur ki, bu təsir ədviyyatlarda polifenolların yüksək konsentrasiyası ilə təmin olunur.
 
Polifenollar güclü iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malik birləşmələr qrupudur. Onlar hüceyrələri oksidləşmə stresindən qoruyur, ürək-damar sisteminin vəziyyətinə, metabolizmə və yaşlanma proseslərinə müsbət təsir göstərirlər.
 
Aparılan təcrübə çərçivəsində müəyyən olunub ki, orta hesabla iştirakçılar ayda 680 mq-a qədər polifenolu yalnız ədviyyatlardan əldə ediblər. Bu göstərici bu maddələrin qida ilə ümumi qəbulunun 12%-ni təşkil edir. Aktiv birləşmələrin ümumi qəbuluna ən böyük töhfəni polifenolların xüsusilə yüksək konsentrasiyasına malik olan qara bibər, darçın və mixək ədviyyatları verib.
 
Müəlliflər vurğulayıblar ki, klinik və populyasiya tədqiqatlarında qidalanmanın təhlili zamanı ədviyyatlar çox vaxt nəzərə alınmır, bu səbəbdən antioksidantların ümumi qəbul səviyyəsi aşağı qiymətləndirilə bilər. Eyni zamanda, yeməklərə ədviyyatlar əlavə etmək kalorini artırmadan qidanın bioloji dəyərini artırmağın sadə yoludur. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər