Maraqlı
622
14 Oct 2025 | 23:50

"2025-ci ilin ən xoşbəxt şəhərləri: Səadətin sirri nədə gizlənir?" - "Time Out"

"Xoşbəxtlik üçün göydələn və bahalı restoranlar kifayət deyil, əsas odur ki, yaşadığın yer səni yormasın, sənə nəfəs versin..."

Dünyanın hansı şəhərlərində insanlar özlərini ən xoşbəxt hiss edir? "Time Out" resursunun 18 mindən çox sakin arasında keçirdiyi sorğunun nəticələri göstərib ki, bəxtəvərlik təkcə yüksək maaş və yaxşı tibb sistemi ilə ölçülmür, bəzən sadəcə küçədə gəzmək, dostlarla görüşmək və ətrafda yaşıl ağaclar görmək kifayətdir.

Moderator.az xəbər verir ki, bu barədə "tengrinews.kz" nəşri yazıb.

Liderlər kimlərdir?

2025-ci ilin ən xoşbəxt şəhərlərinin siyahısına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi başçılıq edir. Sakinlərin tam 99 faizi etiraf edib ki, şəhərləri onları xoşbəxt edir. Yüksək piyada infrastrukturu, geniş yaşıl zolaqlar və ənənə ilə müasirliyin harmoniyası Əbu-Dabini ideal məkan kimi təqdim edir.

İkinci yerdə Kolumbiyanın Medelin şəhəridir. Sakinlərin 97 faizi gündəlik həyatın ən kiçik anlarından - istər qəhvə almaq, istərsə də axşamı dostlarla keçirmək olsun, həyatın ən kiçik anlarından belə zövq aldığını söyləyib. Əbədi bahar şəhəri" təkcə iqliminə görə yox, həm də insanlarının səmimiyyətinə görə belə adlanır.

Üçüncü pillədə isə Cənubi Afrikanın Keyptaun şəhəri qərarlaşıb - okean sahilləri, zəngin mətbəxi və rəngarəng incəsənət həyatı ilə burada yaşamaq demək olar ki, özü-özlüyündə bayrama çevrilib.

Siyahının ilk 20-liyində olan şəhərlər:


1. Əbu-Dabi, BƏƏ

2. Medelin, Kolumbiya

3. Keyptaun, Cənubi Afrika

4. Mexiko, Meksika

5. Mumbay, Hindistan

6. Pekin, Çin

7. Şanxay, Çin

8. Çikaqo, ABŞ

9. Sevilya, İspaniya

10. Melburn, Avstraliya

11. Brayton, Böyük Britaniya

12. Portu, Portuqaliya

13. Sidney, Avstraliya

14. Çanqmay, Tailand

15. Marakeş, Mərakeş

16. Dubay, BƏƏ

17. Hanoy, Vyetnam

18. Cakarta, İndoneziya

19. Valensiya, İspaniya

20. Qlazqo, Böyük Britaniya.

Şəhəri xoşbəxt edən nədir?

Tədqiqatçılar deyir ki, əsas məsələ yalnız infrastruktura bağlı deyil. Əsas rollar bunlardır:

- Toplum hissi - insanın özünü tənha yox, qəbul olunmuş hiss etməsi

- Təbiətə çıxış - park, sahil, ya da sadəcə ağaclı küçə

- Mədəni həyat - konsert, sərgi, küçə musiqiçisi belə fərq yaradır

- Gündəlik xırda sevinc mənbələri - yoldan keçənin gülümsəməsi belə kifayətdir.

“Səadət - şəhərin sənə yalnız imkan verməsi deyil, səni başa düşməsi, ruhunu qaldırmasıdır", - sorğunun müəllifləri vurğulayır.

Ən bahalı və ən təhlükəsiz şəhərlər də açıqlanıb

Qeyd edək ki, paralel olaraq şəhərlərin bahalılıq reytinqi də yenilənib. Məlumata görə, Mərkəzi Asiyada ən bahalı şəhər Almatıdır, ikinci yerdə isə Astana gəlir. Bundan əlavə, Numbeo portalı 2025-ci ilin ən təhlükəsiz ölkə və regionlarının siyahısını da açıqlayıb. Nəticə aydındır: xoşbəxtlik üçün göydələn və bahalı restoranlar kifayət deyil. Əsas odur ki, yaşadığın yer səni yormasın, sənə nəfəs versin.

Link kopyalandı!
Son xəbərlər