Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları "Mic-E-Mouse" adlanan yeni bir kiberhücum növü təsbit ediblər ki, bu da yüksəkperformanslı optik sensorlara malik oyun siçanlarını izləmə vasitəsinə çevirir.
Moderator.az "Arqumentı i Faktı"ya istinadən xəbər verir ki, izləmə üsulu sensorların səthin mikro-vibrasiyalarını qeyd etmək və bununla da, ətrafdakı səsləri dinləmək imkanına əsaslanır.
Təcrübələrdə 50 dollardan ucuz standart siçan modelləri istifadə edilib.
Məlumatların toplanması istifadəçi tərəfindən hiss edilmir, belə ki, audio siqnalın emalı və təhlili məsafədən istənilən vaxt həyata keçirilə bilər.