Həftənin ilk iş günündə bürcləri nə gözləyir?
29 sentyabr tarixinə olan qoroskopu təqdim edirik:
Qoç (21 mart – 19 aprel)
Bugün enerjinizi düzgün istiqamətə yönəltsəniz, işləriniz sürətlə irəliləyəcək. Ailə ilə bağlı qərarlarda tələsməyin.
Buğa (20 aprel – 20 may)
Maddi məsələlərdə müsbət dəyişiklik ola bilər. Dostlardan gələn təkliflərə açıq olun, yeni fürsətlər gizlənə bilər.
Əkizlər (21 may – 20 iyun)
Kommunikasiya gücünüz yüksələcək. İşgüzar danışıqlarda təsirli çıxış edə bilərsiniz. Amma şəxsi münasibətlərdə diqqətli danışın.
Xərçəng (21 iyun – 22 iyul)
Bugün sakit qalmaq sizin üçün faydalı olacaq. Keçmişlə bağlı bir məsələ gündəmə gələ bilər. Səbrli davranın.
Şir (23 iyul – 22 avqust)
Yaradıcı ideyalarınız ön plana çıxacaq. Qeyri-adi yanaşmanız başqalarının marağına səbəb ola bilər. Sevgidə gözlənilməz jest mümkündür.
Qız (23 avqust – 22 sentyabr)
Günün birinci yarısı sıx gərginlik gətirsə də, ikinci yarısı rahatlaşma verəcək. Sağlamlığınıza fikir verin, istirahət vacibdir.
Tərəzi (23 sentyabr – 22 oktyabr)
Bugün balansı qorumaq əsasdır. Münasibətlərdə ədalətli və açıq olun. Yeni tanışlıqlar həyatınıza rəng qata bilər.
Əqrəb (23 oktyabr – 21 noyabr)
Dərin düşüncələr və gizli planlar ön plana çıxır. Hisslərinizi gizlətmək yerinə, doğru şəxsə açmağınız faydalı ola bilər.
Oxatan (22 noyabr – 21 dekabr)
Səyahət və ya yeni biliklərlə bağlı fürsətlər ortaya çıxa bilər. Dost çevrəsi ilə xoş vaxt keçirmək mümkündür.
Oğlaq (22 dekabr – 19 yanvar)
Karyera ilə bağlı mühüm addım ata bilərsiniz. Amma emosiyaları idarə etmək vacibdir. Dəqiq plan qurun.
Dolça (20 yanvar – 18 fevral)
Bugün yeniliklər üçün uyğundur. Fərqli ideyalarınızı paylaşmaqdan çəkinməyin. Münasibətlərdə azadlıq istəyi güclənə bilər.
Balıqlar (19 fevral – 20 mart)
İntuisiyanız güclüdür – qərarlarda sizi yanıltmayacaq. Maliyyə ilə bağlı kiçik sürpriz mümkündür. Günün sonunda rahatlamağa çalışın. /News24.az/