Həqiqi pendiri saxtadan bu cür ayırd edin - Detallar
Maraqlı
474
15:27, Bu gün

Həqiqi pendiri saxtadan bu cür ayırd edin - Detallar

Sağlamlıq üçün pendir seçərkən diqqətli olmaq lazımdır. Mütəxəssislər bildirir ki, həqiqi pendir orqanizm üçün faydalıdır və onun tərkibi təbii olduğundan daha çox qida dəyərinə malikdir.

Mağaza rəflərində isə çox vaxt “pendir məhsulu” və ya “kəsmik məhsulu” adı ilə satılan ucuz analoqlara rast gəlinir. Onlar görünüşcə bənzəsələr də, tərkibcə fərqli olduqları üçün sağlamlıq baxımından eyni effekti vermirlər.

Həqiqi pendir necə hazırlanır?

Pendir inək, qoyun və ya keçi südündən hazırlanır. Onun dadı və teksturası südün növü, emal üsulu, istifadə edilən maya, ferment və hətta yetişmə müddətindən asılıdır.

Pendir istehsalında cəmi bir neçə əsas komponent istifadə olunur: süd, duz və maya bakteriyaları. 1 kiloqram keyfiyyətli pendir üçün təxminən 10 litr süd sərf olunur ki, bu da məhsulun niyə bahalı olduğunu izah edir.

Saxtanı necə tanımaq olar?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, saxta məhsullarda süd əvəzinə ucuz bitki yağları və müxtəlif əlavələr istifadə olunur. Düzgün seçim üçün alıcılar bir neçə meyara diqqət etməlidir:

Qiymət: Həqiqi pendir həmişə bahadır, çünki daha çox süd tələb edir.

Qablaşdırma: Qablaşdırmada “pendir məhsulu” və ya “kəsmik məhsulu” yazılıbsa, bu, təbii pendir deyil.

Tərkib: Keyfiyyətli pendirin tərkibi qısa və sadə olur, saxtalarda isə konservant, emulqator, bitki yağı və nişasta olur.

Qoxu: Təbii pendir süd və qaymaq iyi verir, saxta məhsullar isə kəskin və süni qoxuya malik olur.

Mütəxəssislər əlavə edirlər ki, pendir məhsullarının tərkibində cəmi 20 faizə qədər süd olur, qalan hissə isə palma və ya kokos yağı kimi bitki yağları, nişasta və digər süni əlavələrdən ibarət olur.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər