"Kişilər ilk görüşdə zahiri gözəllikdən daha çox qadının gülüşünə, baxışına və enerjisinə diqqət yetirir..."
Qadın çox vaxt güzgünün qarşısında dayanır, saçını düzəldir, geyimini seçir və düşünür: "Görəsən, necə təsir bağışlayacağam?". Amma kişi gözündə ilk görüşün sehrini yaradan bambaşqa şeylərdir.
Moderator.az xəbər verir ki, bu barədə "UNİAN" nəşri yazıb.
Gözəllik yox, təbiilik?
Kişi ilk baxışda əlbəttə ki, qadının gözəlliyini görür. Amma yadda qalan təkcə bu olmur. Baxımlılıq, səliqə və sadə zövq çox vaxt bahalı paltar və ya qüsursuz makiyajdan üstün gəlir. Qadının görünüşündə harmoniya varsa, bu, onun iç dünyasına açılan pəncərə olur.
Gülüşün sehri
Kişinin yaddaşına ən çox həkk olunan qadının gülüşüdür. Səmimi, isti, yüngül bir təbəssüm bütün həyəcanı əridir, söhbəti asanlaşdırır. Gülüş qadını əlçatan edir, aradakı məsafəni qısaldır və ən sərt ürəyi belə yumşaldır.
Söhbətin ritmi
Kişi qadının necə danışdığına, necə dinlədiyinə xüsusi fikir verir. Üzərində qurulmuş təmtəraqlı sözlər yox, səmimiyyət, diqqət və zarafat hissi görüşün atmosferini canlı edir. Qadının söhbət zamanı gözlərində maraq işıldayırsa, kişi özünü dəyərli hiss edir.
Baxışların dili
Bəzən bir baxış min sözə dəyər. Qadının gözlərindəki maraq, diqqət və işıq kişiyə onun ruhunu açır. Baxışdan qaçmaq - soyuqluq, diqqətlə qulaq asmaq yaxınlıq deməkdir. Kişi üçün qadının necə baxması bəlkə də geyimindən daha vacib olur.
Enerjinin cazibəsi
İlk görüş sadəcə sözlərdən ibarət deyil. Qadının gətirdiyi enerji bütün görüşün ovqatını müəyyənləşdirir. Əgər o, pozitivdirsə, özünə güvənirsə, bu, kişiyə də keçir. O, özünü rahat və xoşbəxt hiss edir, çünki qadının aurasi bütün mühitə işıq saçır.
Ən incə jestlər
Bəzən ən sadə diqqət - sual vermək, masanı düzəltmək, qarşı tərəfin rahatlığını düşünmək kişini daha çox təsirləndirir. Bunlar qadının qayğıkeşliyini, zövqünü və incəliyini göstərir. Və kişi anlayır: qarşısında sadəcə gözəl bir qadın deyil, onun ruhuna hərarət gəturən bir insan əyləşib.
Kişi üçün ilk görüş qadının zahiri parıltısından çox onun daxili işığının axtarışıdır. Təbii gülüş, isti baxış, səmimi söz və həyat enerjisi - bunlar ürəklərdə ən dərin iz qoyur.
Bəlkə də elə buna görə ilk görüşün sehrini bəzən izah etmək çətindir. Çünki kişi yaddaşında qadının geyimini yox, onun gülüşünün necə işıq saçdığını, gözlərinin necə parıldadığını, səsini eşidəndə necə rahatlandığını saxlayır.