Hər bir insanın ailə daxilində tərbiyə üsulu fərqlidir. Astrologiyaya görə, bəzi bürclər uşaqları ilə təkcə valideyn deyil, həm də ən yaxşı dost olmağı bacarırlar. Bu bürclər övladları ilə valideyn-övlad münasibəti qurmaqla yanaşı, həm də onların ən yaxın sirdaşları və oyun yoldaşları olurlar.
Moderator.az uşaqları ilə ən yaxşı dost olan 4 bürcü təqdim edir:
Əkizlər
Bu bürclər enerjili və zarafatcıl təbiətləri ilə uşaqları ilə dost olurlar. Onlarla oyun oynamaqdan, söhbət etməkdən və yeni şeylər kəşf etməkdən həzz alırlar. Güclü ünsiyyət bacarıqlarına sahib olduqları üçün uşaqlarının problemlərini asanlıqla dinləyir və dəstək olurlar.
Şir
Şirlər həmişə uşaqları üçün güclü sığınacaq olmaq istəyirlər. Onlar övladları ilə zaman keçirməkdən yorulmurlar. Onların tərbiyə üsulları həm əyləncəli, həm də dominant olması ilə digərlərindən fərqlənir.
Oxatan
Oxatanlar azadlıqlarına düşkün olduqları kimi, övladlarının da bu mühitdə böyüməsini istəyirlər. Onlarla səyahət etmək, ekstrimli şeylər yaşamaq və birlikdə həyatı kəşf etmək çox maraqlıdır. Onlar həm sirdaş, həm də yoldaş olmaqda üstündürlər.
Balıqlar
Balıqlar mərhəmətli və anlayışlı təbiətilə uşaqları ilə güclü emosional bağlar qururlar. Onlar ən dərin hisslərini belə anlayır və ehtiyac duyduqları zaman övladlarının yanında olurlar. Balıqlar övladları ilə dost kimi danışa bilən, mühakimə etmədən dinləyən valideyndirlər.