Çində demoqrafik problem - Qadağaların ləğv olunması təklif olundu
Maraqlı
540
08:55, Bu gün

Çində demoqrafik problem - Qadağaların ləğv olunması təklif olundu

Çində demoqrafik problemə çevrilən əhalinin azalmasının qarşısını almaq üçün nikah yaşının aşağı salınması təklif olunur.
 
Bu təklifi Çin Elmlər Akamediyasının akademiki Çen Sonsi üzvü olduğu Çin Xalq Siyasi Məşvərət Şurasının martın 4-də işə başlayacaq illik iclasında irəli sürməyi planlaşdırıb. O, evlilik yaşının 18-ə endirilməsini mümkün hesab edir. Hazırda Çində oğlanlar üçün ən aşağı nikah yaşı 22, qızlar üçün 20-dir. Bu yaş həddi Çində “hər ailəyə bir uşaq” siyasəti dövründə qəbul olunub. Çin dünyada nikah üçün ən yuxarı minimum yaş həddi tələbi olan ölkələrdən biridir.
 
Nikah yaşının aşağı salınmasından başqa, ailələrə uşaq dünyaya gətirməklə bağlı məhdudiyyətin tam ləğv edilməsi də təklif olunur. Çində hazırda ailələrə ən çoxu 3 uşaq dünyaya gətirməyə icazə verilir.
 
Evlilik yaşının azaldılması və uşaq sayına qoyulan məhdudiyyətin tam aradan qaldırılmasının məqsədi gəncləri ailə qurmağa və uşaq dünyaya gətirməyə təşviq etməkdir. Bu təkliflər Çində son illər müşahidə olunmağa başlayan və gələcəkdə ciddi çağırışa çevrilməsi gözlənilən demoqrafik problemlərin qarşısını almağa yönəlib.
 
Qeyd edək ki, son 3 ildir Çində nikahların və yenidoğulanların sayının azalması, ölümlərin sayının isə çoxalması fonunda əhalinin sayı da azalır. Milli Statistika Bürosu Çinin ümumi əhalisinin 2023-cü ildəki 1,409 milyarddan 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1,40828 milyard nəfərə düşdüyünü açıqlayıb. Çində 1980-ci ildən 2015-ci ilə qədər həyata keçirilən “hər ailəyə bir uşaq” siyasəti və sürətli urbanizasiya səbəbindən doğum nisbəti onilliklər ərzində azalmaqda davam edir. Akademik Çen Sonsinin rəhbərlik etdiyi qrupun araşdırmalarına əsasən, 2024-cü ildə Çində yaşı 65-dən yuxarı olanların sayı ölkə əhalisinin 15,6 faizini təşkil edib. Proqnozlara görə, bu rəqəm 2031-ci ildə 20 faizə çatacaq və bununla Çin “super yaşlı cəmiyyət”ə çevriləcək. Bu neqativ tendensiya davam edərək, 2050-ci ildə 29,5 faizə, 2086-cı ildə isə 42,4 faizə çatacaq. Əhalinin ümumi sayının, o cümlədən əməkqabiliyyətli insanların sayının azalmasının, təqaüdçülərin sayının isə çoxalmasının iqtisadiyyata, eləcə də dövlət büdcəsinə neqativ təsirləri qaçılmazdır. Hazırda Çinin dövlət və özəl pensiya fondlarındakı vəsaitlərin ümumi məbləği 1,45 trilyon dollardır. Ekspertlər hesab edir ki, bu məbləğ gələcək 5-10 il ərzində tələbatı ödəyə bilməyəcək və təxminən bir o qədər əlavə vəsaitə ehtiyac yaranacaq. (Modern)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər