O, 101 ildir niyə basdırılmır?
Maraqlı
1596
02 Mar 2025 | 18:09

O, 101 ildir niyə basdırılmır?

1917-ci ildə hakimiyyəti ələ keçirən və amansız Vətəndaş müharibəsi illərində onu əlində saxlayan bolşeviklər partiyasının lideri Vladimir İliç Lenin 1924-cü ilin 21 yanvarında vəfat edib. O, basdırılmayıb. Ölümündən sonra onun cəsədi balzamlaşdırılaraq Moskvanın Qızıl Meydanındakı Lenin Mavzoleyinə yerləşdirilib.
 
Bəs, 101 ildir ölən Lenin niyə basdırılmır?
 
Artıq 101 ildir ki, Lenin Moskvanın baş meydanındakı Mavzoleyə şəriksiz sahiblik edir. 1953-cü ildən İosif Stalin Mavzoleyi Leninlə bölüşsə də, Nikita Xruşovun təkidi ilə 1961-ci ildə Stalin mavzoleydən çıxarılaraq yenidən mütləq sahibinin ixtiyarına verilib. Vladimir Leninin cənazəsinin saxlanılmasını təmin etmək üçün aparılacaq işlər 13 milyon rubl (197 min dollar) həcmində vəsait tələb edir. Məlumata əsasən, işlərin sifarişçisi Federal Mühafizə Xidmətidir. Bildirilir ki, xidmət yeganə təchizatçı tərəfindən yerinə yetiriləcək.
 
Leninin cəsədi hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır. SSRİ-nin qurucusunun hamam günü 2 ay sürür. Vladimir İliç Leninin mumiyalanmış nəşi üzərində Ümumrusiya Dərman və Aromatik Bitkilər İnsititutu mütəxəssilərindən ibarət qrup işləyir.
 
Leninin nəşi yuyulanda Mavzoleyin qapıları ziyarətçilərin üzünə bağlı olur.
 
Tarixçi Luis Fişerin yazdığına görə, 30-cu illərdə Qərb qəzetləri mavzoleydə Leninin balzamlaşdırılmış cəsədinin deyil, mum fiqurun olduğunu deyirmişlər. Sovet hakimiyyəti bir qrup Qərb jurnalistinə icazə verir ki, cəsədə baxsınlar. Fişer də onların arasında olur. 
 
Bioximik Zbarski jurnalistlərin önündə şüşəni qaldıraraq Leninin burnundan tutub sağa sola çevirir və bununla da hamı görür ki, mavzoleydəki mum fiqur deyil, Leninin özüdür. 
 
Rus tarixçiləri bildirir ki, Stalinin fikrincə, proletariatın rəhbərini şüşə tabuta qoymaqla Lenin xalqın sitayiş etməli olduğu Allaha çevrilib. Bu isə Stalinə sərf edirdi. Leninin mavzoleydə uyuması Stalinə özünü yeni canlı Allaha çevirməyə və Kremldə öz şəxsi diktaturasını qurmağa tam şərait yaradırdı.
 
Rus tədqiqatçıları bildirir ki, bu ənənə yenə də davam etdirilir. Rusiyalı hökumət rəsmiləri düşünür ki, Lenin bu yolla daim yaşayacaq. Onun dəfn olunması Leninin prinsiplərinin də məhv olması deməkdir.
 
Qeyd edək ki, Sovet rejimi zamanı ölən bir çox partiya və dövlət xadimləri dini qaydalara uyğun dəfn edilməyib, hətta bir çoxunun nəşi yandırılıb, Kreml divarlarında külü saxlanılır.  /tns.az
 
 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər