19:49
0°C
Bakı
Doqquz aydır NASA-nın Beynəlxalq Kosmik Stansiyasında (BKS) qapalı qalan astronavtlar Sunita Williams və Butch Wilmore sağlamlıqları ilə bağlı narahatlıqları aradan qaldırıblar.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, astronavtlar mart ayında SpaceX kosmik gəmisi ilə dünyaya qayıdacaqlarını və siyasi səbəblərlə tərk edildiklərinə dair iddiaların doğru olmadığını bildirdilər.
Hər iki astronavt sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu və bu müddət ərzində heç bir ciddi problem yaşamadıqlarını vurğulayıblar.
Butch Wilmore ABŞ televiziyasına verdiyi açıqlamada "Biz siyasi səbəblər üzündən tərk edilmədik, bunun doğru olduğuna inanmıram" sözlərini söyləyib.