İnsan şüurunu
Maraqlı
345
25 Feb 2025 | 20:42

İnsan şüurunu "o biri dünya"ya aparan maddə...

Son araşdırmalara görə, DMT (N,N-Dimetiltriptamin) adlı psixodelik nörokimyəvi maddə insan beynində ölümə yaxın anlarda ifraz olunur və canlı hallüsinasiya təcrübələrinə səbəb ola bilər.
 
 Londondakı İmperial Kolleci tədqiqatçıları bu maddənin insan şüurunu "o biri dünyaya" aparan bir vasitə ola biləcəyini müəyyən ediblər. DMT bitkilərdə, heyvanlarda və hətta insan beynində təbii olaraq mövcuddur.
 
Ölümdən qayıdan insanların təcrübələri
 
Kliniki ölüm keçirən, komadan çıxan və ya ürəyi dayandıqdan sonra yenidən işləyən bir çox insan ölmüş yaxınları ilə qarşılaşdıqlarını, cənnəti gördüklərini və ya Tanrının səsini eşitdiklərini bildirir.
 
Londondakı Qrinviç Universitetinin psixologiya üzrə dosenti David Luk ölüm anında beyində DMT-nin yüksək səviyyədə ifraz edildiyinə dair bəzi sübutların olduğunu qeyd edir.
 
Bu fenomen heyvanlar üzərində aparılan tədqiqatlarda da müşahidə olunub. Məsələn, siçanlarla aparılan təcrübələr göstərib ki, onların beyni bu psixoaktiv nörokimyəvi maddəni ifraz edir və ölüm anından dərhal əvvəl DMT səviyyəsi kəskin şəkildə yüksəlir.
 
DMT və ölüm təcrübələri arasındakı əlaqə araşdırılır
 
Bu tədqiqatlar insanların ölümə yaxın anlarda gördüyü vizualları və yaşadığı hallüsinasiya təcrübələrinin həqiqətən DMT ilə əlaqəli olub-olmadığını anlamaq üçün daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu göstərir.
 
Bu kəşf insan şüurunun ölüm anında necə dəyişdiyini və mistik təcrübələrin nevrobioloji əsaslarını daha dərindən başa düşməyə kömək edə bilər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər