ŞOK XƏRİTƏ yayıldı: Londonun mərkəzi YOX OLACAQ - FOTO
Maraqlı
301
15:28, Bu gün

ŞOK XƏRİTƏ yayıldı: Londonun mərkəzi YOX OLACAQ - FOTO

Amerikalı professor Aleks Valleşteyn Rusiyanın Böyük Britaniyaya mümkün nüvə zərbəsinin nəticələrini əks etdirən xəritəni təqdim edib.
 
"Daily Express” qəzetində yayımlanan xəritə Rusiyanın "Topol" (SS-25) ballistik raketinin 800 kilotonluq gücü ilə təhlil edilərək hazırlanıb.
 
Hesablamalara görə, belə bir zərbə katastrofik nəticələrə səbəb olacaq:
 
Zərbənin episentri (2,97 km²) – Vestminster bölgəsi, Müqəddəs Ceyms Sarayı və London Eye fırlanan çarxı tamamilə məhv olmacaq.
 
Güclü təsir zonası (134 km²) – binalar dağılacaq, kütləvi yanğınlar olacaq.
 
Termik təsir zonası (384 km²) – bu ərazilərin sakinləri üçüncü dərəcəli yanıqlara məruz qala bilər, bəzi hallarda amputasiya tələb olunacaq.
 
Uzaq bölgələr – zərbə dalğası pəncərə şüşələrini sındıracaq və təsir zonasında olan insanları yaralayacaq.
 
Mütəxəssislər bildirirlər ki, partlayışın hündürlüyündən və hava şəraitindən asılı olaraq faktiki zərər daha da dağıdıcı ola bilər.
 
Link kopyalandı!
Son xəbərlər