Bizi sosial şəbəkələrdən izləyin:
Fransanın Tuluza şəhərində "bomj"lar yerli sakinlərin birindən oğurladıqları bank kartından istifadə edərək uduşlu lotereya bileti alıblar. Kart sahibi onlara uduşları yarı bölməyi təklif edib.
Bu barədə "Le Figaro" qəzeti yazır.
Bildirilir ki, fevral ayının əvvəlində Jan-David E. şəhərin mərkəzində avtomobilinin şüşəsinin sındırıldığını, sənədlərinin və kredit kartının oğurlandığını görüb. O, kartı bloklayıb, lakin fırıldaqçılar 52,50 avro xərcləməyə nail olublar. Araşdırma zamanı pulun yaxınlıqdakı tütün mağazasında xərcləndiyi məlum olub.
Qeyd olunur ki, fransız mağazaya gələndə satıcı ona iki "bomj"un lotereya bileti aldığını və onlardan birinin 500 min avro qazandığını deyib. Biletin hazırda bloklandığı qeyd edilir. Tuluza sakini ümid etdiyini bildirib ki, "bomj"lar uduşların bölüşdürülməsi üçün onun vəkili ilə əlaqə saxlayacaqlar, lakin indiyədək heç kim onunla əlaqə saxlamayıb.