Bizi sosial şəbəkələrdən izləyin:
21 fevral tarixi Azərbaycan məşhur şərqşünas alimi, tarixçi, akademik, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi Ziya Bünayodovun qətl günüdür.
Ziya Bünyadov 21 fevral 1997-ci il tarixində Bakıda - yaşadığı binanın qarşısında amansızlıqla qətlə yetirilib.
Akademik Z.Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub.
Orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya yollanıb. Lakin tibb komissiyasından keçə bilmədiyindən, S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.
O, İkinci Dünya müharibəsi zamanı Ukrayna, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal iştirak edib.