Bizi sosial şəbəkələrdən izləyin:
32 yaşlı Nesh Pillay yuxuya getdi və əri və azyaşlı qızı olduğunu unudaraq oyandı.
Nadir yaddaş itkisi hekayəsini "Daily Star" nəşr edib.
Qadın dedi ki, hər şey iki il əvvəl olub. Bir gün yuxuya getdi və oyananda 17 yaşında olduğuna əmin oldu. Eyni zamanda ərinin və qızının varlığını tamamilə unudub. Pillay xatırlayır: "Yadımda qalan tək şey baxmalı olduğum kiçik bir uşağım olması idi".
Bundan əlavə, qadının sözlərinə görə, o, yeni məlumatları xatırlaya bilmirdi, yaddaşı hər dəqiqə sanki silinirdi.
Pillay iddia edir ki, onu müayinə edən həkimlər dəqiq diaqnoz qoya bilməyiblər. Özü də amneziyaya köhnə travmatik beyin zədəsi səbəb olduğuna inanır. Xəstəliyi tam başa düşülməsə də, müalicəsi təsirli oldu və vəziyyəti yaxşılaşmağa başladı. "Bəzi günlər özümü demək olar ki, normal hiss edirəm, digər günlər isə yataqdan qalxa bilmirəm və o qədər uzaqlaşıram ki, söhbət edə bilmirəm", - deyə Pillay bildirib.(E-saglam.az)