Ölümcül kokteyl: İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ
Maraqlı
407
08:13, Bu gün

Ölümcül kokteyl: İnfarkta səbəb olan içki barədə XƏBƏRDARLIQ

Tərkibində qəhvə və ya enerji içkisi olan sərt alkoqollu kokteyllər infarkta, insulta gətirə bilər.

 
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Olqa Mayorova xəbərdarlıq edib.
 
O bildirib ki, bu içkilərin arterial təzyiqi yüksəltmə riski var.
 
"Alkoqolun enerji içkiləri, ya da qəhvə ilə kokteyli arterial təzyiqin kəskin yüksəlməsinə, hətta hipertonik krizə səbəb ola bilər. Bu, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir, çünki infarkt və ya insultla nəticələnir. Bundan əlavə, hər iki içki sidikqovucu təsirə malikdir ki, bu da ciddi dehidratasiyaya səbəb olur. Bu isə öz növbəsində baş gicəllənməsi, ürəkbulanma və digər simptomlarla nəticələnir", - deyə həkim qeyd edib.
 
Mütəxəssisin sözlərinə görə, bu cür kokteyllərlə bağlı əsas risklərə həmçinin aldadıcı ayıqlıq hissi də daxildir.
 
"Enerji içkilərinin tərkibində kofein və digər stimullaşdırıcılar var. Onlar alkoqol sərxoşluğunun əlamətlərini gizlədə bilər. Bu isə insanın əslində nə qədər alkoqol içdiyini dərk etməməsinə gətirib çıxarır, nəticədə, kəskin alkoqol zəhərlənməsi riski artır. Bundan əlavə, araşdırmalar göstərir ki, araq və enerji içkilərindən hazırlanan kokteylləri içən insanlar xəsarət almağa iki dəfə daha çox meyillidirlər. Bu, aktivliyin artması və öz vəziyyətinə nəzarətin azalması ilə əlaqədardır", - deyə Mayorova bildirib.
 
Həkim bu cür kokteyllərin müntəzəm istifadəsinin asılılıq yaratdığı, mədəaltı vəzi problemlərinə səbəb olduğu, həmçinin şəkərli diabet riskini artıra biləcəyi ilə bağlı da xəbərdarlıq edib.
Link kopyalandı!
Son xəbərlər