Yunanıstan 1956-cı il qorxusunu yenidən yaşayır – Təhlükə ilə üz- üzə - FOTO
Maraqlı
385
07:53, Bu gün

Yunanıstan 1956-cı il qorxusunu yenidən yaşayır – Təhlükə ilə üz- üzə - FOTO

Son günlər Egey dənizində baş verən ardıcıl zəlzələlər Yunanıstan tarixində ən dağıdıcı zəlzələlərdən biri olan 1956-cı il Amorgos zəlzələsini xatırladıb.
 
9 iyul 1956-cı ildə baş verən 7,8 bal gücündə zəlzələ Santorini və ətraf adalarda ciddi dağıntılara səbəb olub. 54 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Sunami dalğalarının hündürlüyü bəzi yerlərdə 30 metrə çatıb. 529 ev tamamilə dağılıb, 3200-dən çox ev isə ciddi və yüngül zərər görüb.
 
Yenidən sunami təhlükəsi varmı?
 
Mütəxəssislər bildirirlər ki, son zəlzələlərin inkişafı yaxından izlənilir. Yunanıstan Geodinamika İnstitutunun direktoru Vassilis Karastatis bu təkanların 1956-cı il fəlakəti ilə müqayisə edilməsinin riskli olduğunu vurğulayıb.
 
Təhlükə nə dərəcədə ciddidir?
 
Seysmoloqlar bildirirlər ki, bölgədə mühüm tektonik strukturlar var və aktivlik müşahidə edilir. Ancaq indiki mərhələdə böyük bir fəlakətə səbəb olub-olmayacağı dəqiq deyil.
 
Rəsmi qurumlar vəziyyəti yaxından izləyir və mümkün təhlükələrə qarşı tədbirlər görülür.
 
Fidan
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər