Yalnız Türkiyədə istehsal olunur: ölkələr onu almaq üçün növbəyə durublar
Maraqlı
534
07:00, Bu gün

Yalnız Türkiyədə istehsal olunur: ölkələr onu almaq üçün növbəyə durublar

Dünya bazarında böyük tələbat olan və yalnız Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda yetişən qara qızılgül çiçəyindən əldə edilən yağın 1 litri 42 avroya (74 manat) satılır.
 
Qara qızılgül çiçəyindən alınan yağa ətir sənayesində yüksək tələbat var. 6 ton güldən cəmi 1 kiloqram yağ alınır.
 
Qara qızılgülün aprel və oktyabr aylarında yığıldığını bildirən ətir mütəxəssisi Bihter Türkan Ergül bu il dünyaca məşhur ətriyyatçıları qonaq edəcəklərini bildirib:
 
"2027-ci ilə qədər ön sifarişlər aldıq və bu il ənənəvi içki zavodu quraraq böyüməyə davam edirik. Amerikaya 7 tondan çox qara qızılgül ixrac edirik. Bu il qara qızılgül Vyana və Fransada kosmetik məhsullara daxil edilməyə başlanıb". /Publika.az
Link kopyalandı!
Son xəbərlər