Bizi sosial şəbəkələrdən izləyin:
Dünyanın ən güclü pasportları açıqlanıb. Henley Partners tərəfindən dərc edilən siyahıda 2025-ci ilin ən güclü və ən qiymətli pasportları açıqlanıb.
Moderator.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi məlumatlarına əsasən Henley & Partners tərəfindən mütəmadi olaraq açıqlanan "dünyanın ən güclü pasportları" reytinqi açıqlanıb. 227 istiqamətin qiymətləndirildiyi hesabatda 2025-ci ilin ən güclü pasportu 195 ölkəyə vizasız girişi təmin edə bilən Sinqapur olub . Yaponiya 193 xalla ikinci yerdədir. 192 ölkəyə vizasız giriş icazəsi verən Fransa , Almaniya, İtaliya və İspaniya kimi Avropa ölkələr də ön sıradadır. Bu ölkələr Finlandiya və Cənubi Koreya ilə də 3-cü yeri bölüşdürüblər.
Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Hollandiya, Norveç və İsveç kimi bir qrup Avropa İttifaqı ölkəsi 191 istiqamətə vizasız giriş imkanı ilə 4-cü yerdə qərarlaşıb. Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə və Böyük Britaniya 190 istiqamətlə 5-ci yerdə qərarlaşıb.
ABŞ bir pillə itirərək 9-cu yerə endiyi halda, Kanada 7-ci yerdə qalıb.
Son illərdə böyük yüksəliş əldə edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 185 istiqamətə vizasız giriş təmin edərək 10-cu yerdə qərarlaşıb. 2015-ci ildən bəri daha 72 istiqamətə çıxış əldə edən BƏƏ ilk 10-luğa daxil olan yeganə ərəb dövləti olub.
Türkiyə əvvəlki illərlə müqayisədə 6 pillə yüksəldi. 116 ölkəyə vizasız giriş imkanı verən Türkiyə dünyanın ən güclü pasportları siyahısında 46-cı yerə yüksəlib.