Yeni ilin ilk dolunayı Xərçəng bürcündə baş verəcək. Bu dolunayda emosional intensivlik, ailə problemləri və daxili aləmi ön planda tutma kimi mövzular gündəmdə olacaq.
Bəs dolunay nə vaxt, hansı gündə, saat neçədə olacaq? Bürclərə təsiri nələrdir?
2025-ci ilin ilk dolunayı 14 yanvar 2025-ci ildə saat 01:26-da 23°59' dərəcə Xərçəngdə baş verəcək. Xərçəng bürcündə tam ayda emosional həssaslıqlar və keçmişlə bağlı düşüncələr ön plana çıxa bilər.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, dolunayın bürclərə təsirləri aşağıdakılardır:
Qoç: Ailədaxili yaşanan hüquqi məsələlər nəticələnəcək.
Buğa: Karyera və maliyyə məsələlərində müsbət irəliləyişlər baş verəcək.
Əkizlər: Bu il sonlandırdığı məsələlərlə bağlı düzgün qərar verdiyinə əmin olacaq.
Xərçəng: Bürcünüzdə dolunay baş verir. Münasibətlər və tərəfdaşlıqlarla bağlı mühüm qərarlar qəbul edə bilərsiniz.
Şir: Sağlamlığınız və gündəlik rutininizlə bağlı fərqli addımlar ata bilərsiniz.
Qız: Sosial çevrəniz və dostluqlarınızla bağlı emosional hisslər yaşaya bilərsiniz.
Tərəzi: Karyera həyatında emosional məmnunluq axtarışına çıxa bilərlər.
Əqrəb: Təhsil, səyahət və ya hüquqi məsələlərlə bağlı emosional qərarlar verə bilər.
Oxatan: Maliyyə məsələlərinə həssas yanaşacaqlar.
Oğlaq: İkitərəfli münasibətlər və ortaqlıqlar sahəsində tarazlıq axtarışında olacaqlar.
Dolça: Gündəlik iş həyatı və sağlamlıq problemləri ön planda olacaq. Özlərinə daha çox diqqət ayırmaq istəyəcəklər.
Balıqlar: Eşq həyatına və uşaqlarına bağlı məsələlərə emosional yanaşacaqlar.