Duş qəbul edəndə unutduğumuz bədən HİSSƏLƏRİ - Göbəyin iç və...
Maraqlı
1118
08 Jan 2025 | 18:02

Duş qəbul edəndə unutduğumuz bədən HİSSƏLƏRİ - Göbəyin iç və...

Çimmək adətən avtomatik olaraq yerinə yetirdiyimiz bir rutindir. Ancaq bədənin müəyyən hissəsləri var ki, çimərkən onlar diqqətimizdən yayına bilir.
 
Moderator.az Lent.az-a istinadla yuyunarkən müntəzəm təmizlənməsi sadəcə tövsiyə deyil, sağlamlığın qoruanması üçün vacib şərt olan unudulmuş bölgələri təqdim edir:
 
Qulaqların arxası
 
Qulaqların arxasındakı kimi dəri qıvrımları olan sahələr kir və yağın yığılması üçün ideal yerlərdir. Bu bölgə təmizlənməsə, qabıqlanma, qaşınma və hətta infeksiya baş verə bilər. Hər duş zamanı sabunla yumşaq bir şəkildə masaj etmək bölgəni təmiz saxlamağa kömək edəcəkdir. Sırğa taxırsınızsa, bu xüsusilə vacibdir.
 
Ayaq barmaqlarının arası
 
Suyun ayağınızdakı çirkləri yuyub apardığı görünsə də, barmaqlarınızın arasında olan yerlər çox vaxt təmizlənməmiş qalır. Bu, göbələk infeksiyalarının və qıcıqlanmaların inkişafına kömək edir. Sabunla müntəzəm yuyunmaq və duşdan sonra hərtərəfli qurulanmaq sağlam ayaqların açarıdır.
 
Göbəyin içi
 
Qaranlıq və nəm göbək sahəsi mikrobların çoxalması üçün əlverişli şərait yaradır. Bu, xoşagəlməz bir qoxuya və ya hətta qıcıqlanmaya səbəb ola bilər. Göbəyinizi təmizləmək üçün sabun və pambıq çubuqdan istifadə edin, lakin dərini zədələməmək üçün diqqətli olun.
 
Hansı zaman aralığında duş qəbul etməlisiniz?
 
Həyat tərzinizdən asılı olaraq bir-iki gündə bir duş qəbul etməlisiniz. Eyni zamanda, bədənin daha az aşkar olan sahələrini unutmamaq vacibdir. Daimi qulluq dəri problemlərindən qaçmağa, rahatlıq və təmizliyi təmin etməyə kömək edəcək.
 
Link kopyalandı!
Son xəbərlər