Bizi sosial şəbəkələrdən izləyin:
2025-ci ildə günəş enerjisinin kosmosdan ötürülməsi, insan beyninin genetik xəritəsinin çəkilməsi və özünü təmir edən canlı körpülərin inşası kimi inqilabi inkişafın şahidi ola bilərik. Bu yeniliklər şəhərləri daha yaşıl və təmiz edəcək dəyişikliklərdən xəbər verə bilər.
Moderator.az xəbər verir ki, Almaniyanın Düsseldorf Universitetindən prof. Dr. Katrin Amuntsun rəhbərliyi ilə hazırlanan bu xəritələr nevroloji xəstəliklərin müalicəsində yeni qapılar aça bilər.
Professor qeyd edib ki, beyin 86 milyard sinir hüceyrəsindən ibarətdir və hər biri digər hüceyrələrlə 10 000-ə qədər əlaqə yarada bilər:
"Süni intellekt bizə bu mürəkkəb şəbəkələri anlamağa kömək edir. 2025-ci ildə istifadəyə veriləcək JUPITER adlı superkompüter sayəsində biz müalicələrin beyinə təsirini simulyasiya edə biləcəyik. Bu xəritələrin beyin əməliyyatlarında şişlərin yerləşdirilməsi kimi sahələrdə daha geniş istifadə edilməsi nəzərdə tutulur".
Yunan texnologiya şirkəti Future Intelligence-sin vitse-prezident Effie Makripeyk bildirib ki, günəş enerjisi yaxşılaşacaq:
"2025-ci ildə kosmosdan günəş enerjisinin toplanması və kabelsiz şəkildə dünyaya ötürülməsi kimi layihələr daha çox diqqət çəkə bilər".
Hollandiyanın Delft Texnologiya Universitetindənin alimi Kunal Masania göbələklərlə hazırlanmış kompozit materiallar üzərində işləyir. Bu materiallar gələcəkdə mebeldən tutmuş körpülərə kimi bir çox sahədə istifadə oluna bilər:
“Göbələklərin hüceyrələri tərəfindən yaradılan bu materiallar mexaniki stressi hiss edə və özlərini təmir edə bilərlər. 2025-ci ildə canlı materiallarla tikilən strukturların sayının artacağını gözləyirik".
Norveç Texnologiya və Elm Universitetindən Dr. Annemie Wyckmans yerli icmaların rəhbərliyi altında daha yaşıl şəhərlər üçün işləyir:
“Şəhər bağları kimi yerli həllər iqtisadi böhranlara baxmayaraq ümid verir. 2025-ci ilə qədər bu cür hərəkətlərin siyasətçilərin və investorların diqqətini cəlb edəcək qədər artacağını gözləyirik . Bu yeniliklər ətraf mühitə uyğun şəhərlər tikmək məqsədi daşıyan Avropanın Yeni Avropa Bauhaus təşəbbüsü tərəfindən dəstəklənir.
İncəsənət və texnologiyanı birləşdirən bu təşəbbüs, şəhərləri dəyişdirməyi hədəfləyirestetikO, həm də onu davamlı etmək məqsədi daşıyır".