Avropadan ən çox ev alan ölkələrin SİYAHISI AÇIQLANDI
Maraqlı
1745
03 Jan 2025 | 09:47

Avropadan ən çox ev alan ölkələrin SİYAHISI AÇIQLANDI

Hazırda Avropada ev alanların sayı günü gündən artır. 
 
Moderator.az  Visual Capitalistin bu barədə araşdırmasını təqdim edir. Onların reytinqinə əsasən, son bir neçə il ərzində bütün 27 Avropa ölkəsində ev sahiblərinin əhalidəki payı ümumilikdə sabit qalıb, Aİ ölkələrində isə orta hesabla ev sahibliyi nisbəti 69 faizdir.
 
Albaniya yüzdə 96 ev sahibliyi nisbəti ilə reytinqin başında olduğu halda, ölkənin paytaxtı Tiranada 100 kvadrat metrlik iki otaqlı mənzilin orta qiyməti 287 min Avro və təxminən 300 min dollardır.
 
Ən aşağı göstərici İsveçrədədir. Siyahının sonunda olan İsveçrədə insanların yalnız yüzdə 42-si ev sahibi olub. Sürixdə 100 kvadrat metrlik mənzilin qiyməti təxminən 1 milyon 95 min İsveçrə frankı və 1 milyon 206 min dollardır.
 
Böyük şəhərlərdə əhalinin artması ilə artan tikinti xərcləri mənzil təminatında problem yaradır, kirayə haqqı, alıcılıq qabiliyyəti və faiz dərəcələri də digər parametrləri təşkil edir.
 
Statista məlumatlarına görə, Fransa, Almaniya, Böyük Britaniya və İsveçrə kimi daha "yetkin" kirayə bazarları olan ölkələrdə ev sahibliyi nisbətləri daha aşağı olur.
 
 Moderator.az  həmin statistikanı təqdim edir: 
 
Link kopyalandı!
Son xəbərlər