"İnsanların əksəriyyəti smartfonu 45 faiz bucaq altında başını aşağı əyərək tutur, bu da onlarda "texnoboyun" yaradır..."
Telefonla daima məşğul olmaq nə ilə nəticələnə bilər? Məlum olub ki, sevimli cihazımız görünüşümüz və sağlamlığımızda arzuolunmaz dəyişikliklərə səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "a.kras.cc" nəşri yazıb.
Bu gün smartfonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Biz sosial şəbəkələrdə ünsiyyət qururuq, video izləyirik, oyun oynayırıq və bildirişlərə nəzarət edirik. Lakin belə bir asılılıq xoşagəlməz nəticələrə səbəb ola bilər.
Smartfon sağlamlığa və görünüşə necə təsir edir?
1. Emosional vəziyyət
Smartfondan həddindən artıq istifadə stres, narahatlıq və depressiyanın inkişafı ilə əlaqələndirilir. Xüsusilə günün ikinci yarısında cihazdan istifadə etmək zərərlidir. Bu, yuxunun keyfiyyətini pisləşdirir v
orqanizmin ümumi vəziyyətinə birbaşa təsir edir.
2. Görmə qabiliyyətinin azalması
Smartfon ekranı qarşısında uzun müddət olmaq gözlərin gərginliyinə səbəb olur ki, bu da zamanla onların itiliyini azaldır və xroniki narahatlığa gətirib çıxara bilər.
3. "Fantom titrəyişlər"
İstifadəçilərin təxminən 90 faizi heç olmasa bir dəfə "fantom titrəyiş sindromu" ilə qarşılaşıb, onlara elə gəlir ki, telefon zəng edir və ya titrəyir, halbuki belə bir şey baş vermir.
4. Dəri problemləri
Smartfonla uzun müddət təmas üz dərisində səpkilərə səbəb ola bilər, çünki cihazın səthində bakteriyalar toplanır.
5. "Texnoboyun" və görünüşün dəyişməsi
İnsanların əksəriyyəti smartfonu 45 dərəcə bucaq altında, başını aşağı əyərək tutur. Belə vərdiş "texnoboyun", yəni boyunda dərin qırışlar, üz dairəsinin deformasiyası və ikinci çənənin yaranmasına gətirib çıxarır. Bundan əlavə, düzgün olmayan duruş bel və boyun ağrılarına səbəb olur.
Bu nəticələrdən qaçmaq üçün müntəzəm fasilələr etməyə, telefonu göz səviyyəsində tutmağa və cihazlardan istifadə müddətini azaltmağa çalışın.