Dərin yuxu yaddaşı möhkəmləndirir – maraqlı kəşf
Maraqlı
1852
02 Jan 2025 | 17:50

Dərin yuxu yaddaşı möhkəmləndirir – maraqlı kəşf

Berlin Çarite Universitetinin Neyrofiziologiya İnstitutunun tədqiqatçısı Franz Xaver Mittermeier, Nature Communications jurnalında dərc olunan araşdırmasında araşdırmada dərin yuxunun yaddaşın möhkəmlənməsinə kömək etdiyini izah edib.
 
Bu araşdırma üçün Mittermeier və onun komandası 45 tədqiqat iştirakçısından götürülmüş bütöv neokorteks toxumasının - beyin qabığının bir hissəsi olan nümunələrdən istifadə edib.
 
“Neokorteks beynin ən xarici hissəsidir. Beynin şəklini gördüyümüz zaman qoz formalı səth olan neokorteksə baxırıq. 16 milyard neyron (elektrik aktiv beyin hüceyrələri) olan bir quruluşdur. Neokorteks insanlarda əhəmiyyətli dərəcədə böyüyür və bizi insan edən idrak qabiliyyətlərinin inkişafında mərkəzi rol oynayır: dil, təxəyyül, yaddaş, emosiyalar və s.”, - deyə alim izah edib.
 
Tədqiqat daxilində alimlər müəyyən ediblər ki, dərin yuxu zamanı beyində yaranan yavaş elektrik dalğaları neokorteksdəki neyronlar arasında sinaptik əlaqələri gücləndirməyə kömək edir və onu yaddaşın formalaşmasına daha həssas edir.
 
Onun sözlərinə görə, bu şərtlər neokorteksdəki çoxminlərlə neyronların elektrik gərginliyindəki sinxron dəyişikliklərdən yaranır. /Lent.az/
 
Link kopyalandı!
Son xəbərlər