İstedadlı insanlara məxsus 5 DAVRANIŞ - EKSPERTLƏR AÇIQLADI 
Maraqlı
723
23 Dec 2024 | 21:30

İstedadlı insanlara məxsus 5 DAVRANIŞ - EKSPERTLƏR AÇIQLADI 

Bir insanın idrak qabiliyyətlərinin cəmiyyətin ümumi ortalamasından xeyli yuxarı olmasını təsvir edən "istedadlı zəka" termini ümumiyyətlə IQ testlərində 130 və yuxarı bal toplayan şəxslər üçün istifadə olunur. Lakin mütəxəssislər istedadın təkcə bununla məhdudlaşmadığını, insanın problem həll etmə qabiliyyətinin, yaradıcılığının da onun istedadlı olub-olmaması barədə fikir verə biləcəyini iddia edirlər.
 
Moderator.az xəbər verir ki, dünya məşhur alimlər olan Robert J. Halleran və David F. Feldhusen qeyd edir ki, istedadlı şəxslərin yaradıcı düşünmə qabiliyyətləri beynin işləmə sürəti ilə əlaqəli ola bilər.
 
İstedadlı şəxslərin beyin neyronları arasında daha güclü əlaqə məlumatı daha tez təhlil etməyə imkan verir. İstedadlı uşaqların təhsili ilə bağlı araşdırmalar aparan amerikalı psixoloq Linda Kreqer Silverman xüsusi vurğulayır ki, istedadlı uşaqların erkən dil inkişafında əhəmiyyətli sürəti və zəngin lüğət ehtiyatı var.
 
İstedadlı insanlar adətən uzunmüddətli yaddaş qabiliyyətinə malikdirlər. Bu səbəbdən yeni sözləri, qrammatik quruluşu, tələffüzləri daha tez xatırlayır və əməldə tətbiq edirlər.
 
David Lubinski qeyd edir ki, istedadlı fərdlər dərin bilik əldə etməyə meyllidirlər və bu fərdlər uzunmüddətli diqqət sayəsində uğur qazanırlar.
 
Amerikalı nevroloqlar Rex E. Jung və Richard J. Haier öz araşdırmalarında istedadlı şəxslərin beynində xüsusilə problem həll etmə və mücərrəd düşünmə proseslərində daha çox aktivlik göstərən bölgələrin olduğunu aşkar ediblər.
 
İstedadlı insanlar vəziyyəti təhlil etməkdə və məlumatları dəqiq qiymətləndirməkdə başqalarından daha yaxşıdır. Bu onlara mürəkkəb problemləri daha səmərəli həll etməyə imkan verir.
 
Linda Kreger Silverman, istedadlı insanların yüksək emosional intellektə sahib olduqlarını və ətrafdakı emosional siqnallara daha həssas olduğunu bildirir. Ancaq bu insanlar bəzən emosional intensivliklərinə görə sosial disharmoniya yaşaya bilərlər.
 
 
 
Link kopyalandı!
Son xəbərlər