Bizi sosial şəbəkələrdən izləyin:
Portuqaliyanın Madeyra adası Avropada Yeni il gecəsini keçirmək üçün ən yaxşı yer kimi tanınıb. Maraqlıdır ki, dekabr-yanvar aylarında orada orta temperatur 16-17 dərəcə Selsi təşkil edir və bu zaman günəş tez-tez parlayır, Yeni il günü isə ümumiyyətlə qar yağmır.
Valyuta.az xəbər verir ki, reytinq daha əvvəl Polşanın Qdansk şəhərindəki Milad bazarını 2024-cü ildə Avropanın ən yaxşısı adlandıran nüfuzlu səyahət portalı "Europe's Best Destinations" tərəfindən təqdim edilib.
"Madeyra dünyanın ən yaxşı Yeni il atəşfəşanlığına ev sahibliyi edir. Tez-tez Avropanın Havay adaları adlanan bu heyrətamiz yer hər bir turisti ovsunlayacaq unikal təcrübələr təqdim edən ləzzətlərin, rənglərin, nəfəs kəsən mənzərələrin, orijinal yarmarkaların və gözəl şərabların canlı qobelenidir", deyə müəlliflər qeyd edib.
Qeyd olunur ki, Madeyrada Milad və Yeni il böyük həvəslə qeyd olunur və orada inanılmaz bayram ab-havası yaratmaq üçün yerli hakimiyyət orqanları xeyli vəsait ayırır.
2025-ci il Yeni ili qarşılamaq üçün Avropada ən yaxşı 12 yer:
Madeyra, Portuqaliya
Marbella, İspaniya
Plovdiv, Bolqarıstan
Vyana, Avstriya
Batumi, Gürcüstan
Fuerteventura, Kanar adaları, İspaniya
Şampan bölgəsi, Fransa
Kurçevel, Fransa
Estoril, Portuqaliya
Ustika adası, Siciliya, İtaliya
Porto Santo, Portuqaliya
Nitsa, Fransa