Bizi sosial şəbəkələrdən izləyin:
Astroloqlara görə, 2025-ci il bəzi bürclər üçün dəyişikliklər və maddi fürsətlərlə yadda qalacaq. Xüsusilə üç bürc üçün yeni il karyera yüksəlişi, yeni iş imkanları və gəlir artımı baxımından olduqca uğurlu olacaq.
2025-ci ildə maliyyə cəhətdən uğurlu olacaq həmin üç bürcü təqdim edirik.
Buğa bürcü - İnvestisiya və qazanc ili
2025-ci il Buğalar üçün maddi dəyişikliklərin və uğurların ili olacaq. Uran planetinin Buğa bürcündə hərəkəti bu bürclərə maliyyə baxımından gözlənilməz qazanc və imkanlar təqdim edəcək. Xüsusilə ilin ilk yarısında Buğalar yeni iş ortalıqları və investisiyalarla yüksək gəlirlər əldə edə bilərlər. Düzgün zamanda atılacaq addımlar Buğaların maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Karyera baxımından isə nüfuz qazandıracaq fürsətlər qapını döyəcək. Uğurlu dövrləri: yanvar - may 2025.
Şir bürcü - Yeni iş imkanları və maaş artımı
Şirlər üçün 2025-ci il iş həyatında böyük yüksəlişlər ili olacaq. Xüsusilə iş yerlərində baş verəcək yeniliklər, maaş artımları və yüksəlişlər maddi baxımdan rahatlıq gətirəcək. Saturn planetinin təsiri ilə Şirlər nəhayət uzun müddətdir gözlədikləri vəzifə dəyişikliyi və ya liderlik imkanını əldə edə biləcəklər. İlin ortalarında böyük layihələrdə iştirak etmələri onların gəlirini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, fərdi layihələr və işdən kənar investisiyalar da əlavə qazanc gətirə bilər. Uğurlu dövrləri: iyun - avqust 2025
Oğlaq bürcü - Yüksək qazanc və iş əlaqələri
Oğlaqlar üçün 2025-ci il maliyyə baxımından zirvə ili olacaq. Xüsusilə Yupiter planetinin Oğlaq bürcündə hərəkəti karyera və investisiya sahələrində böyük uğurlar gətirəcək. Xüsusilə ilin son rübündə gözlənilməz iş razılaşmaları və yeni təşəbbüslərlə yüksək gəlir əldə edə bilərlər. Oğlaqlar iş dünyasında güclü əlaqələr quraraq, öz bizneslərini və ya gəlir mənbələrini genişləndirmək fürsəti tapacaqlar. Düzgün qərarlarla onlar qazancını qat-qat artıracaqlar. Uğurlu dövrləri: sentyabr - dekabr 2025.(sfera.az)