Bizi sosial şəbəkələrdən izləyin:
NASA-nın WISE Telescope - Wide Field Infrared Survey Explorer kosmik gəmisi 2009-cu ildə orbitə çıxdığı halda, təxminən iki il sonra qış yuxusuna gedib. Daha sonra, 2013-cü ildə NEOWISE adlı vasitə asteroid və kometa ovuna yönəlmiş yeni bir missiya üçün yuxudan oyandırıldı. Artıq gözlərini əbədi olaraq yuman və keçən ay Yerə qayıdan NEOWISE gözəl kosmos görüntülərini paylaşıb.
Moderator.az xəbər verir ki, təxminən 15 ildir vəzifə yerinə yetirən NEOWISE 21 fərqli infraqırmızı skan edərək kainatın sirlərini açıb. Teleskop noyabrın 1-də Yerə düşməzdən əvvəl aktiv missiyasını artıq başa vurmuşdu. NEOWISE komandası missiyanın uğurunu qeyd etmək üçün noyabrın 26-da teleskopun arxivindən altı eksklüziv görüntü yayımladı. Bu görüntülər arasında Kaliforniya dumanlığı və Gekko dumanlığı kimi təsiredici kosmik hadisələr önə çıxır.