COVİD xərçəngin müalicəsinə təkan verə bilər - Yeni kəşf
Maraqlı
645
13:13, Bu gün

COVİD xərçəngin müalicəsinə təkan verə bilər - Yeni kəşf

COVID virusuna aid RNT molekullarının xərçəngin reqressiyasına səbəb ola biləcəyi müəyyən edilib.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu ABŞ tədqiqatçılarının araşdırmalarında ortaya çıxıb.
 
Ekspertlər bu üsulla xüsusilə melanoma, ağciyər, döş və bağırsaq xərçənginin müalicələrində müsbət nəticələr gözlədiklərini ifadə ediblər.
 
ABŞ tədqiqatçıları COVID infeksiyası ilə xərçəng reqressiyası arasında əlaqə tapıblar. Bu da şişlərin ölçüsünün kiçilməsinə gətirib çıxarır. Alimlər heyvan və insan toxumalarından istifadə edərək xəstəliyə səbəb olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər.
 
Tədqiqatçıların fikrincə, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır.
 
Tədqiqat hələ başlanğıc mərhələsindədir.
 
Link kopyalandı!
Son xəbərlər