Şok sürprizlər: Subay, dul və ya boşanmısınızsa...
Maraqlı
233
14:15, Bu gün

Şok sürprizlər: Subay, dul və ya boşanmısınızsa...

Mütəxəssislərin yekunlaşdırdığı yeni araşdırmaya görə, evlilik və depressiya arasında güclü əlaqə ortaya çıxıb.
 
Moderator.az Teleqraf.coma-a istinadla xəbər verir ki, bununla bağlı “Independent”də məqalə dərc olunub.
 
Elm adamları evlilik və depressiya arasındakı əlaqəni tapmaq üçün İngiltərə, ABŞ, Meksika, İrlandiya, Cənubi Koreya, Çin və İndoneziya kimi ölkələrdə 4 ildən 18 ilə qədər araşdırma aparıblar.
 
Məlum olub ki, evli fərdlərə nisbətən subaylarda depressiyanın inkişaf riski daha yüksəkdir. Subay insanların depressiyaya düşmə ehtimalı evlilərə nisbətən 79% daha çoxdur. Bu fərq evliliyin emosional dəstək və psixi sağlamlığa müsbət təsirini göstərir.
 
Araşdırmalara görə, evlilərə nisbətdə boşanmış və ya ayrılmış fərdlərdə depressiya riski 99% yüksəkdir. Bu, ayrılıq və boşanmanın psixi sağlamlığa ciddi təsir etdiyini ortaya qoyur.
 
Digər tərəfdən, oxşar mənzərə dul şəxslər üçün də diqqət çəkir. Dul qadınların depressiya əlamətləri göstərmə riskinin evli insanlara nisbətən 64% daha yüksək olduğu müəyyən edilib.
 
ABŞ, Böyük Britaniya və İrlandiya kimi Qərb ölkələrində yaşayan subay insanlar Şərq ölkələrinə nisbətən depressiya riskinə daha həssasdırlar. Qərb cəmiyyətlərindəki sosial quruluş və fərdi həyat tərzi subaylarda daha çox tənhalıq hisslərinə səbəb ola bilər.
 
Cənubi Koreya, Çin və İndoneziyada yaşayan subay insanlarda depressiya daha azdır. Şərq cəmiyyətlərində möhkəm ailə bağları və sosial dəstək sistemlərinin üstünlük təşkil etməsi fərdlərin psixoloji dayanıqlığını artıraraq depressiya riskini azaldan mühüm amillər kimi önə çıxır.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 280 milyon insan depressiya ilə mübarizə aparır.
 
Link kopyalandı!
Son xəbərlər